2014 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 59-cu Avroviziya Mahnı Müsabiqəsidir. Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2014-cü ildə Danimarka üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində, B&W Hallerne arenasında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2014-cü ilin 6 və 8 may, final isə 10 may tarixində baş tutmuşdur.

2014-cü ildə iki illik fasilədən sonra Polşa və bir illik fasilədən sonra Portuqaliya Avroviziyaya geri dönmüşdür. Bolqarıstan, Kipr, Serbiya və Xorvatiya isə maliyyə problemlərini səbəb göstərərək, Kopenhagendə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak etmişdir və bu iştirakçı sayına görə son 8 ilin ən aşağı göstəricisi idi.

Avroviziya 2014-də "Rise Like a Phoenix" mahnısı ilə 290 xal toplayaraq, Avstriya təmsilçisi Konçita Vurst qələbə qazanmışdır. Bu sonuncu dəfə Avroviziyada 1966-cı ildə Udo Yürqensin təmsilində qələbə qazanmış Avstriyanın müsabiqədə ikinci qalibiyyəti idi.

Keçirilmə yeri thumb|190px|left|Müsabiqənin keçirildiyi arena

2014-cü ilin mayında Danimarkada keçirilmiş 2014 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyə Danimarkanın beş şəhəri - Kopenhagen, Herninq, Olborq, Frederisiya, Horsens iddialı olmuşdur. Onlardan Olborq şəhərdəki otellərin həcminə görə bu siyahını erkən tərk etmişdir. Frederisiya isə Danimarka Radioyayımının şounun sütunsuz məkanda keçirilməsi tələbinə cavab verə bilməyəcəyindən iddiasından əl çəkmişdir. 2 sentyabr 2013-cü ildə Danimarka namizəd şəhərlər içindən Kopenhagenin 2014 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyəni elan etmişdir.

Müsabiqə "#Join Us" (Bizə qoşulun) şüarı altında B&W Hallerne arenasında keçirilmişdir. Bundan öncə də Kopenhagen artıq iki dəfə - 1964 və 2001-ci illərdə də Avroviziyaya ev sahibliyi etmişdir. Həmçinin 2005-ci ildə yarışmanın 50 illiyinə həsr olunmuş konsert proqramı da bu şəhərdə baş tutmuşdu.

Şəhər Arena Tutum QeydKopenhagen B&W Hallerne 10,000 - Parken Stadium 50,000 2001 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. Frederisiya Messe C 8,000 - Herninq Jyske Bank Boxen 15,000 2013-cü ildə Danimarkanın Avroviziya üçün keçirdiyi Dansk Melodi Grand Prix-ə ev sahibliyi etmişdir. Horsens Horsens Statsfönqsel 13,000 - Olborq Gigantium 8,500 2006, 2010 və 2012-ci illərdə Danimarkanın Avroviziya üçün keçirdiyi Dansk Melodi Grand Prix-ə ev sahibliyi etmişdir.

İştirakçılar 37 ölkənin iştirak etdiyi Avroviziya 2014 otuz bir ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda 16 ölkə, ikinci yarımfinalda 15 ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Danimarka müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yarımfinallara bölünmə səbətləri 20 yanvar 2014-cü il tarixdə Avroviziya 2014-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən altısı; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya İtaliya və ev sahibi Danimarka birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2014-cü ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr altı səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan beş və ya dörd ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.

İsrail, İsveç və Norveç püşkatmada iştirak etməmişdir. Belə ki, müsabiqənin ən çox izləyici kütləsinin olduğu düşünülən və biletlərin ən çox satıldığı iki ölkə İsveç və Norveç Avropa Yayım İttifaqının qərarı ilə püşkatmadan öncə fərqli yarımfinallara ayrılmışdırlar. Hər iki ölkənin eyni yarımfinalda iştirak etməsi halında həmin yarımfinalda arenanın 2/3 hissəsini yalnız İsveç və Norveçdən gələn izləyicilərin təşkil edəcəyi və digər ölkələrdən bilet satışlarının az olacağı gözlənilirdi. Eyni zamanda İsrail Avropa Yayım İttifaqının qərarı ilə püşkatmadan azad edilmişdi. Müsabiqənin ikinci yarımfinal tarixinin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin dövlət kanalı IBA bu barədə Avropa Yayım İttifaqına müraciət etmiş və ölkənin püşkatmadan kənar birinci yarımfinalda iştirak etməsinə qərar verilmişdir.

1-ci səbət 2-ci səbət 3-cü səbət 4-cü səbət 5-ci səbət 6-cı səbət

Makedoniya

Yarımfinallar

1-ci yarımfinal 6 may tarixində baş tutan yarımfinal mərhələsində 16 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İspaniya və ev sahibi Danimarka səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Aram Mp3 "Not Alone" Yalnız deyilsən 4 121 02 İngiliscə, Latışca Aarzemnieki "Cake to Bake" Bişirmək üçün kökə 13 33 03 İngiliscə Tanya "Amazing" Təəccüblü 12 36 04 İngiliscə Sanna Nilsen "Undo" Geri al 2 131 05 İngiliscə Pollapönk "No Prejudice" Ön mühakiməyə yox 8 61 06 İngiliscə Hersi "One Night's Anger" Bir gecəlik qəzəb 15 22 07 İngiliscə Tolmaçova bacıları "Shine" Parla 6 63 08 İngiliscə Dilarə Kazımova "Start a Fire" Bir qığılcım başlat 9 57 09 İngiliscə Mariya Yaremçuk "Tick-Tock" Tik-tok 5 118 10 İngiliscə Aksel İrsu "Mother" Ana 14 28 11 İngiliscə Kristina Skarlat "Wild Soul" Vəhşi ruh 16 16 12 İngiliscə Valentina Monetta "Maybe" Bəlkə 10 40 13 Portuqalca Suzi "Quero Ser Tua" Sənin olmaq istəyirəm 11 39 14 İngiliscə The Common Linnets "Calm After The Storm" Fırtınadan sonrakı səssizlik 1 150 15 Monteneqrcə Sergey Çetkoviç "Moj Svijet" Mənim dünyam 6 63 16 İngiliscə Andras Kallay-Saunders "Running" Qaçış 3 127

2-ci yarımfinal 8 may tarixində baş tutan yarımfinal mərhələsində 15 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniya və İtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Firelight "Coming Home" Evə gəlirəm 9 63 02 İngiliscə, İvritcə Mey Feynqold "Same Heart" Eyni qəlb 14 19 03 İngiliscə Karl Espen "Silent Storm" Səssiz fırtına 6 77 04 İngiliscə The Shin və Mariko "Three Minutes to Earth" Dünyaya üç dəqiqə 15 15 05 Polyakca, İngiliscə Donatan və Kleo "My Słowianie - We Are Slavic" Biz slavyanlarıq 8 70 06 İngiliscə Konçita Vurst "Rise Like a Phoenix" Zümrüd quşu kimi yüksəl 1 169 07 İngiliscə Viliya Mataçiunayte "Attention" Diqqət 11 36 08 İngiliscə Softengine "Something Better" Daha yaxşı bir şey 3 97 09 İngiliscə Can-Linn ilə Keysi Smit "Heartbeat" Ürək döyüntüsü 12 35 10 İngiliscə Teo "Cheesecake" - 5 87 11 Makedoniya İngiliscə Tiyana "To The Sky" Göylərə 13 33 12 İngiliscə Sebalter "Hunter of Stars" Ulduz ovçusu 4 92 13 İngiliscə Freaky Fortune ilə Riskykidd "Rise Up" Yüksəl 7 74 14 İngiliscə, Slovencə Tinkara Kovaç "Round and Round" Yenidən (Yenə-yenə) 10 52 15 İngiliscə Paula Selinq və Ovi "Miracle" Möcüzə 2 125

Final thumb|Müsabiqənin qalibi Konçita Vurst Kopenhagen səhnəsində

Finalçılar: "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya); Ev sahibi ölkə (Danimarka); Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

10 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Avstriya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər.

Sıra Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Mariya Yaremçuk "Tick-Tock" Tik-tak 6 113 02 İngiliscə Teo "Cheesecake" - 16 43 03 İngiliscə Dilarə Kazımova "Start a Fire" Bir qığılcım başlat 22 33 04 İngiliscə Pollapönk "No Prejudice" Ön mühakiməyə yox 15 58 05 İngiliscə Karl Espen "Silent Storm" Səssiz fırtına 8 88 06 İngiliscə Paula Selinq və Ovi "Miracle" Möcüzə 12 72 07 İngiliscə Aram Mp3 "Not Alone" Tək deyilsən 4 174 08 Monteneqrcə Sergey Çetkoviç "Moj Svijet" Mənim dünyam 19 37 09 Polyakca, İngiliscə Donatan və Kleo "My Słowianie - We are Slavic" Biz slavyanlarıq 14 62 10 İngiliscə Freaky Fortune ilə Riskykidd "Rise Up" Yüksəl 20 35 11 İngiliscə Konçita Vurst "Rise Like a Phoenix" Zümrüd quşu kimi yüksəl 1 290 12 İngiliscə Elaiza "Is It Right" Bu doğrudurmu 18 39 13 İngiliscə Sanna Nilsen "Undo" Geri al 3 218 14 Fransızca, İngiliscə Twin Twin "Moustache" Bığ 26 2 15 İngiliscə Tolmaçova bacıları "Shine" Parla 7 89 16 İtalyanca Emma Marrone "La mia città" Mənim şəhərim 21 33 17 İngiliscə, Slovencə Tinkara Kovaç "Round and Round" Yenidən 25 9 18 İngiliscə Softengine "Something Better" Daha yaxşı bir şey 11 72 19 İngiliscə, İspanca Rut Lorenso "Dancing in the Rain" Yağışda rəqs 10 74 20 İngiliscə Sebalter "Hunter of Stars" Ulduz ovçusu 13 64 21 İngiliscə Andras Kallay-Saunders "Running" Qaçış 5 143 22 İngiliscə Firelight "Coming Home" Evə gəlirəm 23 32 23 (ev sahibi) İngiliscə Basim "Cliché Love Song" Şablon sevgi mahnısı 9 74 24 İngiliscə The Common Linnets "Calm After The Storm" Fırtınadan sonra səssizlik 2 238 25 İngiliscə Valentina Monetta "Maybe" Bəlkə 24 14 26 İngiliscə Molli "Children of the Universe" Kainatın övladları 17 40

Nəticələr

1-ci yarımfinal 1-ci yarımfinalmünsif/telesəsvermə nəticələri Yer Telesəsvermə Xal Münsif Xal 1 132 130 2 129 106 3 126 104 4 98 103 5 92 98 6 65 72 7 60 70 8 51 67 9 49 64 10 41 60 11 33 57 12 28 28 13 27 26 14 18 25 15 11 24 16 5 22

Səsvermə sistemi: </td> Səsvermə nəticələri Cəmi Albaniya Azərbaycan Belçika Ermənistan Estoniya Niderland İsveç İslandiya Monteneqro Latviya Macarıstan Moldova Portuqaliya Rusiya San-Marino Ukrayna Danimarka Fransa İspaniya 13px|İştirakçılar Albaniya 22 2 1 12 5 2 Azərbaycan 57 7 4 4 1 7 2 1 6 2 10 6 5 2 Belçika 28 4 6 3 2 7 4 1 1 Ermənistan 121 5 3 5 12 8 3 10 6 8 4 12 10 12 5 12 6 Estoniya 36 5 5 5 5 10 4 2 Niderland 150 2 3 10 10 12 12 12 1 12 12 2 12 2 12 7 12 10 7 İsveç 131 6 8 4 78 10 5 8 10 10 8 6 3 10 10 6 12 İslandiya 61 4 2 7 7 5 6 1 7 3 8 8 3 Monteneqro 63 12 2 8 6 3 4 5 6 5 1 74 Latviya 33 7 5 6 1 6 2 3 2 1 Macarıstan 127 10 8 12 1 8 10 10 8 3 4 10 8 8 8 6 310 Moldova 13 4 6 1 2 Portuqaliya 39 1 1 6 3 2 4 3 3 3 58 Rusiya 63 10 1 7 1 2 2 4 4 5 12 5 6 4 San-Marino 408 6 2 3 4 1 7 1 3 4 1 Ukrayna 118 3 12 7 12 10 5 6 7 8 7 3 8 7 7 4 7 5

12 xallar Aşağıdakı siyahı 1-ci yarımfinalda səs verən ölkələrin 12 xallarını hansı ölkələrə verdikləri göstərilir: S. Ölkə 12 xal verən ölkə(lər) 8 Danimarka, Estoniya, İsveç, İslandiya, Latviya, Macarıstan, Portuqaliya, San-Marino 4 Fransa, Niderland, Rusiya, Ukrayna 2 Azərbaycan, Ermənistan 1 İspaniya Monteneqro Moldova Albaniya Belçika

2-ci yarımfinal 2-ci yarım finalmünsif/telesəsvermə nəticələri Yer Telesəsvermə Xal Münsif Xal 1 155 138 2 120 113 3 115 111 4 98 100 5 88 99 6 74 70 7 63 Makedoniya 67 8 50 63 9 48 57 10 44 49 11 38 44 12 28 41 13 26 33 14 Makedoniya 26 32 15 15 27

Səsvermə sistemi: