"Əndəlüs köpəyi" () — rejissor Luis Bunyuelin filmi.
Məzmun
Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir.
Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.
Film haqqında 1960-cı ildə Luis Bunyuel səssiz filmə saundtrek əlavə etdi. Bu saundtrek Vaqnerin "Tristan və İzolda" operasından idi. Daxil edilən növbəti musiqi isə iki Argentina tanqosu idi. Rejissorun filmə niyə bu musiqini də əlavə etməsinin səbəbi filmin premyerasında elə bu tanqonun qrammafon vasitəsilə ifa olunması idi.Buñuel, 1968 Rejissor öz xatirələrində filmin süjetinin iki yuxu əsasında yarandığını qeyd edir:
Luis Bunyuelin bundan sonrakı "Qızıl əsr" filmi (1930) üslub baxımından "Əndəlüs köpəyi"nin davamı hesab olunur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri : Salvador Dali, Luis Bunyuel Rejissor : Luis Bunyuel Operator : Albert Duverje Bəstəkar : Rixard Vaqner (1960)
Rollarda Simona Mareyl – qız Pyer Batçeff – kişi Salvador Dali – keşiş Luis Bunyuel – proloqdakı kişi
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Un Chien Andalou reviewed by Roger Ebert Un Chien Andalou analyzed by Michael Koller Un Chien Andalou at YouTube The Things That People Do When They Think No One's Looking — Hella's music video reworking of Un Chien Andalou 1-ci hissə (Azərbaycan dilində) sayt YouTube 2-ci hissə (Azərbaycan dilində) sayt YouTube
Kateqoriya:Fransa filmləri Kateqoriya:Sürrealist filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Luis Bunyuelin filmləri Kateqoriya:1929-cu ilin filmləri Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:Müstəqil Fransa filmləri Kateqoriya:Fransanın qorxu filmləri Kateqoriya:Salvador Dali Kateqoriya:Fransada çəkilən filmlər