Qu gölü ( – Lebedinoye ozero) — Pyotr Çaykovski tərəfindən 1875–1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılıAleksandr İliç Afanasyev tərəfindən toplanaraq "Rus xalq nağılları" toplusunda nəşr edilmiş ""Ağ ördək haqqında nağıl" əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı çexiyalı Yulius Rayzinqerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877-ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir.'Old style' date March 4 Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895-ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur.

Tarixi

Qu gölü əfsanəsinin mənşəyi "Qu gölü" əfsanəsinin mənşəyi haqqında müxtəlif fikirlər vardır. Rus baletində sayılan adlardan olan Fyodr Lopuxov "Qu gölü"nü "milli balet" adlandırır. Çünki, baletdəki qu quşularının rəqslərinin qədim slavyan rəqs motivləri əsasında qurulduğunu düşünür. Lopuxova görə "Qu gölünün hər iki təsviri (mövzunun birbaşa alman mənşəli olmasına baxmayaraq), qu quşlarının təsviri və inamlı təmiz sevgi rus mənşəlidir". Alman yazıçısı İohann Karl Avqust Muzeusun "Oğurlanmış örtük" () hekayəsindən alınmış mövzu baletin librettosunun əsasını təşkil edir.Der geraubte Schleier at Projekt Gutenberg-DE Ağ ördək balası haqqında rus xalq nağılının da hekayəylə bir az bənzərliyi vardır və ola bilsin ki, librettonun digər mənbəsi həmin nağıl olmuşdur. Çaykovskinin müasirləri qeyd edirdilər ki, bəstəkar, həyatı qu quşunun həyatı kimi faciəli olan Bavariya kralı II Lüdviqin həyatı ilə çox maraqlanmışdır və ola bilsin ki, baletdəki şahzadə Ziqfridin prototipi elə həmin alman kralıdır.

Düzənlənmə tarixi

Qu gölü düzənləməsinin tarixi

Qu gölü baletinin mənşəyi olduqca mübahisəlidir. İlk səhnələşdirmə haqqında çox az informasiya qaldığından baletin ilkin librettosunun kimə mənsub olması haqqında yalnız müxtəlif fərziyyələr vardır. Bir çox avtoritet mənbələr librettonun müəllifinin baletin səhnələşdirildiyi vaxt Moskva Kral Teatrının rəhbəri olan Vladimir Pyotroviç Bagiçev olduğunu göstərsə də, libretto müəllifinin Bolşoy Teatrın rəqs mütəxəssisi olmuş Vasili Geltser olması haqqında da gümanlar vardır. Lakin belə bir fikir də var ki, Geltser, yalnız onun adını saxlamış ilk ssenarinin publikaya yaymaq üçün nüsxəsini hazırlamış şəxs olmuşdur. Baletin librettosunn ilk nəşrindən bəri, Çaykovskinin müəllifi olduğu və bu gün də aktuallığını itirməmiş musiqi ilə bəzi uyğunsuzluqlar vardır. Bu səbəbdən baletin ilkin librettosunun çoxlu opera və balet premyeralarında iştirak etmiş, bu haqqda Rusiya qazetlərində məqalələri nəşr edilmiş adi bir qəzet jurnalistinin olmasını düşünənlər də vardır.

Çaykovskinin iki qohumu – Yuri Lvoviç Davidov və Anna Mek – Davidov qeyd edirlər ki, bəstəkar 1871-ci ildə onların evində olanda "Qu gölü" adlı kiçik bir balet yazmışdı. Bu baletin leytmotivi Qu Quşu (və ya Qu quşlarının musiqisi) mövzunda yazılmışdı. Bagiçevin çox cüzi məbləğ – 800 rubl qarşılığında librettonu yazdığı söylənir və bundan sonra o, baleti səhnələşdirmək üçün artistlərin seçiminə başlamışdır. Xareoqraf mövqeyinə isə, 1873-cü ildən Moskva Bolşoy Teatrının Kral Baletində baletmeyster kimi çalışan çex mənşəli Culus Reisincer (1827 – 1892) təsis edilmişdir. Lakin baletin hazırlanması prosesi çərçivəsində Çaykovski Reisincer arasında hansısa işbirliyi haqqında məlumat yoxdur. Belə görünür ki, Çaykovski ilk olaraq Reisincerin heç bir spesifik şərtləri olmadan işləmişdir.Wiley 1991 Böyük ehtimal ki, Çaykovskinin rəqs düzümü haqqında məlumatı olmuş və o, "Qu gölü"ndə hansı rəqs hərəkətlərinin tətbiqinin daha düzgün olacağını təxmin etmişdir. Lakin Çaykovskinin "Yatmış gözəl" və "Şelkunçik" baletləri üçün seçdiyi təlimatdan fərqli olaraq "Qu gölü" üçün seçdiyi hərəkət təlimatı saxlanılmış və istifadə edilmişdir. Reisincer xareoqrafik düzümünü təşkil etməyə başladıqda isə Çaykovskidən bəzi dəyişikliklər edilməsini tələb etmişdir. Hansı hissələrin silindiyi və ya dəyişdirildiyi bilinməsə də, Reisincerin baletin çox uzun olan hissələrində dəyişiklik aparılmasını istəməsi güman edilir. Hər halda baletin ərsəyə gətirilməsi iki mütəxəssisin birgə fəaliyyətini tələb etsə də onlar hər biri müstəqil fəaliyyəti üstün tutmuşlar.

Çaykovskinin təsirləri XIX əsrin sonlarında, 1890-cı illərdə yaradılmış baletlərin librettosu adətən "mütəxəssislər" adlandırılan bəstəkarlar tərəfindən yazılırdı: bəstəkarlar müstəsna bacarıq sərgiləyərək libretto, dekorasiya, anəhg, ritmizmlə musiqini daha da qabardırdılar ki, bu da o dövrün baletlərində dəb idi. Çayakovksi də özündən əvvəlki italyan Sezar Puni və avstriyalı Lüdviq Minkus kimi "Qu gölü" üzərində məhz bu cür mütəxəssis kimi çalışmışdı. Detalları öyrənənə və musiqinin sərhədsiz təsirinə məruz qalana kimi, Çaykovskinin bu cür balet mütəxəssislərinə qarşı olduqca neqativ münasibəti olmuşdur. Çaykovski daha çox, Leo Delib, Adolf Adan, daha sonra isə Rikardo Driqo kimi mütəxəssislərin balet yaradıcılığını təqdir edirdi. Bəstəkar Sergey Taneyev onun protejesində yazırdı ki, "Mən Delibin "Silviya" baletini eşitdim…necə cazibə, necə zərafət, necə zəngin musiqi, ritm və harmoniya. Mən utandım, əgər daha əvvəl bu musiqini eşitsəydim, "Qu gölü"nü yazmazdım." Çaykovski "Qu gölü" nü yazarkən daha çox Adanın 1884-cü ildə yazdığı "Jizel" baletinin leytmotivindən təsirlənmişdir. Oxşar xarakterli və ya psixi vəziyyətli obrazlardan və rəqs texnikasından o əvvəlcə "Qu gölü", daha sonra isə "Yatmış gözəl" baletlərində istifadə etmişdir.

Çaykovski əvvəlcə kompozisiyanı "Qu gölü" üçün düzənləmişdi. Bunun üçün o, 1868-ci ildə tamamladığı Voyevod operasının materiallarından istifadə etmişdir. Baletin ikinci pərdəsindən "Sevgi Dueti" adlanan rəqs səhnəsini o, həmin operanın üçüncü səhnəsindəki "Valse des fiancées" adlı ariya əsasında yazmışdır. Voyevod operasının motivləri əsasında işlənmiş digər bir səhnə isə baletin dördüncü pərdəsindən "Entr'acte" nömrəsidir. 1876-cı ilin aprelində balet üzərində işlər tamamlanmış və məşqlər başlanmışdır. Tezliklə Reisincer, onun fikrincə "baletlə uyuşmayan" nömrələri kənarlaşdırmışdır. Reisincer rəqslərə xareoqrafik düzüm verərəkən, başqa bəstəkarların əsərlərindən istifadə etməyə cəhd etmiş, Çaykovskinin etirazından sonra, onun parçaları saxlanmışdır.

Düzənlənmə prosesi Çaykovskinin baletin düzənlənməsiylə bağlı əsas narahatlığı bəstələdiyi musiqinin çox sürətli olmasıyla bağlı idi. 1875-ci ilin yazında Çaykovskiyə baletin yazılmasıyla bağlı sifariş verildikdə, ona baleti təhvil vermək üçün cəmi bir il vaxt verilmişdi. Çaykovski Sergey Taneyevə 1875-ci ilin avqustunda yazdığı məktubunda baleti, yalnız sifarişə görə yox, həm də opera mövsümünün açılışına çatdıra bilmək üçün tələsdiyini və həyəcanlandığını qeyd edirdi. Növbəylə, o əvvəlcə baletin ilk üç nömrəsi yazmış, payız və qışda isə orkestrləşdirmə ilə məşğul olmuş, yaz boyunca isə instrumentasiyanı təkmilləşdirməyə çalışmışdır. 1876-cı ilin aprelində isə işlər tamamilə yekunlaşdırılmışdır. Çaykovskinin bu əsərinin ilkin versiyasının müzakirəsi zamanı bəzi hissələr arasında kobud qırılmalar olduğu söylənmişdi. Lakin əsərdə hansısa kobud qırılma görünmürdü. Çaykovski dostlarına yazdığı müxtəlif məktublarda uzun zamandır ki, bu cür musiqi üzərində çalışmaq arzusunda olduğunu bildirmişdir və bu arzu və həvəs ona, qarşıya çıxan bütün söz-söhbətlərin öhdəsindən gəlməyə imkan vermişdir.

Səhnələşdirilmə tarixi thumb|right|350px|Baletin 1877-ci il Moskva premyerası üçün F. Gaanenin hazırladığı səhnə dekoru (II pərdə) Moskva Premyerası (Dünya Premyerası)

Tarix: 4 mart (K. T. 20 fevral), 1877 Məkan: Bolşoy Teatr, Moskva Baletmeystr: Culus Reisincer Rəhbər: Stepan Ryabov Səhnə tərtibatçısı: Karl Valts (II və IV pərdələr), İvan Şangin (I pərdə), Karl Qroppius (III pərdə)

Sankt-Peterburq Premyerası

Tarix:27 yanvar, 1895 Məkan: Mariinski teatrı, Sankt-Peterburq Baletmeystr: Marius Petipa (I – III pərdələr), Lev İvanov (II – IV pərdələr) Rəhbər: Rikkardo Driqo Səhnə dizayneri: İvan Andreyev, Mixail Boçarov, Henrix Levoqt Kostyum dizayneri: Yengeni Ponomaryov

Bakı Premyerası

Tarix:18 oktyabr, 1940 Məkan: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bakı Baletmeystr: Marius Petipa (I – III pərdələr), Lev İvanov (II – IV pərdələr) Rəhbər: Qəmər Almaszadə

Digər yaddaqalan səhnələşdirmələr

1880 və 1882-ci illərdə balet Moskvada, Bolşoy teatrda, Reisincerdən sonra Cozef Hansen tərəfindən səhnələşdirilmişdir. 1901-ci ildə balet Moskvada, Bolşoy teatrın səhnəsində Andrey Arendsin rəhbərliyi və Aleksandr Qorskinin quruluşu ilə təqdim edilmişdir. Səhnələr Aleksandr Qolovin (I pərdə), Konstantin Korovin (II və IV pərdələr) və N. Klodt (III pərdə) tərəfindən işlənmişdir. 1911-ci ildə balet Londonda "Balets Russes" kompaniyası tərəfindən Petipa – İvanovdan sonra Mixail Fokinin xareoqrafiyası, Qolovin və Korovinin quruluşu və Sergey Dyagilevin təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir.

Rolların ilk ifaçıları RolMoskva 1877Moskva 1880Sankt-Peterburq 1895Moskva 1901London 1911ŞahzadəOlqa NikolayevaCüzeppina ÇeçettiZiqfredViktor GillertAlfred BekefiPavel GerdtMixail MordkinVaslav NijinskiBennoSergey NikitinAleksandr OblakovVolfqanqVilhelm VannerGillertOdettaPelageya KarpakovaYevdokiya KalmıkovaPiyerina LeqnaniAdelaida GiuriMatilda KşessinskayaVon RodbartSergey SokolovAleksey BulqakovK. KubakinOdile***Piyerina LeqnaniMatilda Kşessinskaya

1877-ci il səhnələşdirilməsi "Qu gölü"nün 4 mart, 1877-ci ildə Bolşoy teatrda keçirilən premyerası əsas rollar Odettanın ifaçısı balerina Pelageya Karpakova (həmçinin Polina Karpakova kimi də tanınır) və Şahzadə Ziqfred rolunun ifaçısı, teatrın debütant balerini Viktor Gillertin qatılımı ilə baş tutmuşdu. Balerina Karpakova daha öncə oynadığı Odile rolu ilə tanınmışdı.

Premyerada Odetta rolunun ifaçısı kimi rus balerina Anna Sobeşanskaya nəzərdə tutulsa da, balerina Moskva rəhbərliyindən bir neçə qızıl ziynət əşyası almış, daha sonra gənc rəqqasla evlənərkən həmin əşyaları satmış və premyerada iştirakdan imtina etmişdir. Petipanın baletə yeni quruluş verməsinə kimi Sobeşanskaya Kraliça Qu rolunun ifaçısı kimi nəzərdə tutulmuş Pelageya Karpakova ilə əvəzlənmişdi.

Premyera tənqidçilər tərəfindən o qədər də yaxşı dəyərləndirilməmiş, bir neçə anonim tənqidçinin qeydlərində oyunçular, orkestra və dekor tənqid edilmişdir. Çaykovskinin möhtəşəm əsəri zəif təqdimat üzündən, istənilən kimi təqdim edilməmiş, lakin bəzi tənqidçilərin qeyd etdiyi kimi baleti istənilən səviyyədə hazırlamaq üşün vaxt da az olmuşdur. Tənqidlər əsasən balet və ya musiqiyə deyil, melodramaya yönəldilmişdi. Lakin bəzi tənqidçilər musiqini də tənqid edərək "çox gurultulu, Vaqnersayağı və çox simfonik" olduğunu bildirmişdilər. Tənqidçilər Reisincerin xoreoqrafiyasında da qüsur taparaq "yaradıcılıq qabiliyyəti olmayan və tamamilə yaddaqalmayan" olduğunu qeyd etmişlər.

Verilmiş müxtəlif rəylərə görə premyera uğursuz olmuşdu. "Qu gölü" hekayəsinin alman mənşəli olması, "hekayədəki axmaq xırdalıqlara diqqət ayırılması və soyadlarının çətin tələffüz edilən olması" bunda rol oynamışdı. Odetta rolunun ifaçısı ikinci dərəcəli balerina idi və "inandırıcı ifaya malik deyildi".

Baletin premyerasının uğursuz alınmasına baxmayaraq, bir çox tamaşaçılar və tənqidçilərin fikirlərinə görə "Qu gölü" Çaykovskinin ən dəyərli əsərlərindən biri olmaqla, bəstəkarı dünyada baet yaradıcılığı ilə məşğul olan ən məşhur bəstəkarların sırasına qatmağa imkan vermişdir.

Çaykovski – Pas de Deux 1877 thumb|right|160px|"Qu gölü"nün 1877-ci ildə Culus Reisincer tərəfindən təqdim edilən versiyasında Anna Sobeşanskaya Odetta rolunda