Fatimilər xilafəti (, ) — Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Fatimilər Misir və Suriya ya da yerləşmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə Misirin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı.

Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər. X əsrin sonlarında, xüsusən xəlifə Əzizin (975–996) dövründə məhsuldar qüvvələrin artması, əkinçiliyin inkişafı, sənətkarlıq və ticarətin genişlənməsi nəzərə çarpırdı. XI əsrin ortalarında Fatimilər xilafəti zəifləmiş, 1048-ci ildə Şimali Afrika Fatimilər xilafətindən ayrılmışdır. XII əsrin ortalarına qədər normanlar Siciliya, Malta, Tripoli, Mehdiyyə və s. şəhərləri zəbt etmişdilər. Suriya səlibçilərin, sonra isə səlcuqların hakimiyyəti altına girmişdir. 1169-cu ildə Fatimilər xilafətində vəzir təyin olunmuş Səlahəddin Əyyubi 1171-ci illə hakimiyyəti ələ keçirmiş və Misirdə Əyyubilər sülaləsinin əsasını qoymuşdur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Fatimids entry in the Encyclopaedia of the Orient. The Institute of Ismaili Studies, London. The Shia Fatimid Dynasty in Egypt

Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Avropanın tarixi müsəlman dövlətləri Kateqoriya:Şimali Afrika tarixi Kateqoriya:Aralıq dənizi regionunun tarixi Kateqoriya:Malta tarixi Kateqoriya:Fələstin tarixi Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:İsmaililər Kateqoriya:Şiəlik Kateqoriya:Yaxın Şərqdə tarixi dövlətlər Kateqoriya:Xilafət Kateqoriya:İfriqiyyə Kateqoriya:Siciliya əmirliyi Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:İmperiyalar Kateqoriya:Şiə sülalələr