Ceyms OqastinCoysun ikinci adı səhvən "Oqasta" olaraq qeyd edilmişdi. Ona ata babasının şərəfinə Ceyms Oqastin Coys adı verilmiş və bu adla xaç suyuna çəkilmişdi. Onun doğumu və baptizmi haqda şəhadətnamə 2004-cü ildə düzəldilərək yenidən buraxılmışdır; şəhadətnamənin məqalənin əvvəlində yerləşdirilən formasında yazıçının adı "Oqastin" olaraq qeyd edilib. Ellmann deyir: "İkinci uşaq, Ceyms Oqasta (doğumu düzgün qeyd olunmadığına görə) ...". Ellmann (1982) p. 21. Aloyşes Coys (; ) — irland romançı, hekayə yazarı, şair, müəllim və ədəbiyyat tənqidçisi. Modernist avanqard cərəyanına töhfələr vermiş Coys 20-ci əsrin ən nüfuzlu və mühüm yazıçılarından biri hesab edilir. O, ən əsas Homerin Odisseya epik poemasındakı epizodların bir çox ədəbi üslub, xüsusən də, şüur axınının vəhdətiylə xarakterizə olunan "Uliss" romanı ilə məşhurdur. Müəllifin digər məşhur əsərlərinə "Dublinlilər "(1914) adlı hekayələr toplusu, "Sənətkarın gənclik portreti" (1916) və "Finneqanın yası" (1939) romanları daxildir. Onun digər əsərlərinə üç şeir kitabı, bir pyes, nəşr olunmuş məktubları və jurnalistik yazıları aiddir.

Coys Dublində, orta təbəqəyə aid bir ailədə dünyaya gəldi. Ağıllı və çalışqan tələbə olan Coys yezuit məktəbləri olan Klonqous Vud Kolleci və Belveder Kollecində akademik göstəriciləri ilə seçilməzdən öncə atasının qeyri-stabil maddi gəlirindən qaynaqlanan xaotik vəziyətə baxmayaraq, Xristian Qardaşlar Cəmiyyəti tərəfindən idarə olunan O’Konnell məktəbinə getdi. O, təhsilini Dublin Universitet Kollecində davam etdirdi.

1904-cü ildə erkən 20-li yaşlarında olan Coys gələcək həyat yoldaşı Nora Barnakl ilə Avropaya köçdü. Onlar Triest, Paris və Sürixdə yaşadılar. Yetkinlik dövrünün böyük əksəriyyətini xaricdə keçirsə də, Coysun xəyali dünyasının mərkəzi həmişə Dublin idi və bu dünyanın sakinlərinin çoxu onun ailə üzvlərinə, düşmənlərinə və orada qaldığı vaxt dostluq etdiyi insanlara bənzəyirdi. Xüsusilə, "Uliss" romanında hadisələr şəhərin küçə və dar keçidlərində baş verir. "Uliss" nəşr olunduqdan qısa bir müddət sonra müəllif fikirlərini belə ifadə etmişdi: "Həmişə Dublin haqda yazıram, çünki fikrimcə, Dublinin qəlbinə qədər gedib çıxa bilirəmsə, dünyadakı bütün şəhərlərin qəlbinə çata bilərəm. Bu şəhər özündə bəşəri bir şey ehtiva edir."Ellman, p. 505, citing Power, From an Old Waterford House (London, n.d.), pp. 63–64

Erkən həyatı thumb|Ceyms Coysun doğum və baptizmi haqda şəhadətnaməsi Ceyms Coys 1882-ci il 2 fevralda İrlandiyanın Dublin şəhərində, Ratqar, 41 Brayton meydanı ünvanında anadan oldu. Onun atası Con Stanislo Coys, anası isə Meri Ceyn "Mey" Marrey idi. Ceyms onların sağ qalmış 10 övladından ən böyüyü idi; ikisi tif qızdırmasından ölmüşdü. O, 1882-ci il 5 fevralda Terenyurdakı Müqəddəs İosif kilsəsi yaxınlığında Rev. Con O’Malloy tərəfindən katolik kilsəsinin ayinlərinə uyğun olaraq, xaç suyuna çəkildi. Coysun xaç ana və atası Filip və Elen MakKann idi.

Con Stanislo Coysun ailəsi Kork qraflığından, Fermoydan idi; onların kiçik bir duz və yaşıl limon biznesi vardı. Coysun ata babası Ceyms Oqastin Coys Kork şəhərində parça biznesi ilə məşğul olan və başqa mülkləri olan, Korkun bələdiyyə məclisinin üzvü Con O’Konnellin qızı Ellen O’Konnel ilə evli idi. Ellenin ailəsi "Xilaskar" ləqəbi ilə tanınan Daniel O’Konnell ilə aralarında qohumluq əlaqələri olduğunu iddia edirdi.Jackson, John Wyse; Costello, Peter (July 1998). "John Stanislaus Joyce: the voluminous life and genius of James Joyce's father" Dediklərinə görə, onların daş ustası olan əcdadları Şon Mor Şoqa (1680) Korremaradan idi. thumb|left|upright|6 yaşlı Coys, 1888-ci il 1887-ci ildə Coysun atası Dublin Korperasiyası tərəfindən vergi yığan vəzifəsinə təyin olunan zaman ailə Dublindən 12 mil (19 km) uzaqlıqda yerləşən kiçik Brey şəhərinə köçdü. Təxminən bu ərəfələrdə Coys bir itin hücumuna məruz qaldı və bu onda bütün ömrü boyu davam edən kinofobiyaya səbəb oldu. O, həmçinin astrafobiyadan əziyyət çəkirdi; onun mövhumatçı bibisi şimşək çaxmasını Tanrının qəzəbi kimi təsvir etmişdi."Niyə şimşəkdən bu qədər qorxursunuz?" Artur Pauer soruşdu, "Sizin uşaqlarınız buna əhəmiyyət belə vermir." "Eh" – Coys qarşındakını alçaldırmışcasına cavab verdi – "Onların dini yoxdur." Coysun qorxuları onun mənliyinin bir parçası idi və onların hansısa birindən yaxa qurtarmaq istəyirdisə belə, bunun üçün gücü yox idi.  Ellmann (1982), p. 514, citing Power, From an Old Waterford House (London, n.d.), p. 71

1891-ci ildə Coys Çarlz Stüart Parnellin ölümü haqqında şeir yazdı; atası Katolik kilsəsinin, İrland Vətən İdarəsi partiyası və Britaniya Liberal partiyasının Parnellə olan münasibətinə və İrlandiyanın Vətən İdarəsini qoruya bilmədiklərinə görə onlara qəzəbli idi. İrland partiyası Parnelli hakimiyyətdən saldı, amma Vatikanın Vətən İdarəsinin qarşısını almaq üçün Britaniya Mühafizəkarlar Partiyası ilə müttəfiqlik etməsi gənc Coysda təsiri uzun müddət qalan güclü bir təəssürat yaratdı.In Search of Ireland's Heroes: Carmel McCaffrey pp. 279–86 Atası şeiri çap etdirdi, hətta bir hissəsini Vatikan Kitabxanasına göndərdi. Con Coys noyabr ayında "Stubbs' Gazette" adlı nəşriyyat evində fəaliyyət göstərməyə başladı və işinə bir müddət ara verdi. O, 1893-cü il işdən çıxarıldı, içki düşkünlüyü və ailənin gəlirini tənzimləyə bilməməsi onların maddi vəziyyətini getdikcə pisləşdirdi.Ellmann (1982), pp. 32–34.

Coys 1888-ci ildə Kleyn yaxınlığındakı yatılı yezuit məktəbi olan Klonqous Vud Kollecində təhsil almağa başladı, amma atası daha təhsil haqqını ödəyə bilmədiyindən 1892-ci ildə oranı tərk etməli oldu. Daha sonra o, təhsilini evdə davam etdirdi və 1893-cü ildə başqa bir yezuit məktəbi olan Belveder Kollecinə qəbul olmazdan əvvəl qısa bir müddət Dublində, Cənubi Riçmond küçəsində yerləşən və Xristian Qardaşlar Cəmiyyəti tərəfindən idarə olunan O’Konnell məktəbində oxudu. Atasının onların ailəsi ilə tanışlığı olan yezuit keşiş Con Komni ilə görüşmək imkanı əldə etməsi nəticəsində Belvederdə oxuya bilməsi üçün Coysun təhsil haqqına güzəşt edildi.James Joyce: Richard Ellmann (1982) pp. 54–55 1895-ci ildə 13 yaşlı Coys Belvederdəki həmyaşıdları tərəfindən Müqəddəs Bakirə Məryəm Qardaşlığına qoşulmaq üçün seçildi.Themodernworld.com Tomas Akvinatın fəlsəfəsinin Coysun üzərində olan güclü təsiri demək olar bütün həyatı boyunca davam etdi.Ellmann (1982), pp. 60, 190, 340, 342; Cf. Portrait of the Artist as a Young Man, Wordsworth 1992, Intro. & Notes J. Belanger, 2001, 136, n. 309: "Synopsis Philosophiae ad mentem D. Thomae. This appears to be a reference to Elementa Philosophiae ad mentem D. Thomae, a selection of Thomas Aquinas's writings edited and published by G.M. Mancini, Professor of Theology at the Pontifical University of Saint Thomas Aquinas, Angelicum in Rome (see The Irish Ecclesiastical Record, Vol V, Year 32, No. 378, June 1899, p. 570

Təhsili thumb|upright=0.7|Ceyms Coysun Sent-Stivens Qrin parkındakı büstü, Dublin 1898-ci ildə Coys əsası yenicə qoyulmuş Dublin Universitet Kollecində ingilis, fransız və italyan dilində təhsil aldı. O, şəhərdəki teatr və ədəbi dərnəklərin fəal iştirakçısına çevrildi. 1900-cü ildə Henrik İbsenin "Biz ölülər oyananda" adlı tamaşası haqda yazmış olduğu tərif dolu rəy "İki həftəlik icmal" (ing. The Fortnightly Review) jurnalında dərc olundu; bu, onun nəşr olunan ilk yazısı idi. Norveç dilinin təməl qaydalarını öyrəndikdən sonra İbsenə pərəstişkaranə bir məktub yazdı və qarşılığında dramaturqdan ona minnətdarlığını bildirən bir məktub aldı. Coys bu dövrdə bir sıra başqa məqalələr və ən azı iki pyes (onlar itmişdir) yazdı. Onun Dublin Universitet Kollecində dostlaşdığı insanların böyük əksəriyyətinə əsərlərində rast gəlinir. Coysun ən yaxın həmkarlarına nəslin ən öndəgedən nümayəndələri, xüsusən də, Tom Ketl, Frensis Şihi-Skeffinqton və Oliver Sent-Con Qoqarti aid idi. Coysu irland ictimaiyyətinə ilk dəfə 1901-ci ilin noyabrında Birləşmiş irlandlar adlı qəzeti ilə Artur Qriffit tanıtdı. Kollec jurnalı Coysun İrland Ədəbi Teatrı haqqında yazdığı məqaləni çap etməkdən imtina etdiyinə görə, Coys onu özü çap etdirdi və yerli əhali arasında yaydı. Qriffit özü də o vaxtlar tələbə olan Coysa qarşı tətbiq olunan bu senzuranı pisləyən bir yazı yazdı.Jordan, Anthony, "An Irishman's Diary" , Irish Times, 20 February 2012Arthur Griffith with James Joyce & WB Yeats – Liberating Ireland by Anthony J. Jordan p. 53. Westport Books 2013. 1901-ci ildə milli irland siyahıyaalınmasında 19 yaşlı Coysun adı ata və anası, 6 bacısı və 3 qardaşı ilə Klontarfda, Kral Terasında (indiki adı İnvernes yolu) yaşayan, ingilis və irland dilli biri kimi qeyd olunmuşdu.

1902-ci ildə Dublin Universitet Kollecindən məzun olduqdan sonra o, tibb təhsili almaq üçün Parisə getdi, amma tezliklə təhsilini yarıda qoydu. Riçard Ellmannın fikrincə, buna səbəb işin texniki tərəfi haqqında fransızca keçirilən mühazirələrin ona həddən artıq çətin gəlməsi ola bilər. O, Dublində ingiliscə keçirilən kimya imtahanından kəsilmişdi, amma buna səbəb kimi səhhətinin yaxşı olmamasını bəhanə gətirmişdi; ailə üzvlərinə yazdığı məktubda özünü pis hiss etdiyini qeyd edib soyuq havadan şikayətlənirdi.Richard Ellmann: James Joyce (1982) pp. 117–18 Coys ailəsinin güc-bəla ilə etdiyi maddi dəstək hesabına təhsilinə davam etdi, gec saatlara qədər Sent-Cenevyev Kitabxanasında kitab oxudu. Anasına xərçəng diaqnozu qoyulanda atası ona teleqram göndərdi: "Anan ölür, evə gəl. Atan."Əvvəlcə ona qaraciyər sirrozu olduğu deyilsə də, sonradan bunun doğru olmadığı ortaya çıxdı. 1903-cü ilin aprelində ona xərçəng diaqnozu qoyuldu. Ellmann (1982), pp. 128–29 Coys İrlandiyaya qayıtdı. Oğlunun Tanrıya olan etinasızlığından qorxuya düşən anası onu tövbə etməsi üçün dilə tutmağa çalışsa da, bacara bilmədi. O, sonda komaya düşdü və 13 avqustda vəfat etdi; anası ölən zaman Ceyms və qardaşı Con ailənin digər üzvlərindən fərqli olaraq, onun yatağı başında diz çöküb dua etməkdən imtina etdilər. O, anasının ölümündən sonra həddən artıq çox içki içirdi, evdəki vəziyyət isə getdikcə daha dözülməz hal alırdı. O, kitablara rəy yazaraq, dərs keçərək və mahnı oxuyaraq çətinliklə pul qazanırdı; Coysun qüsursuz bir tenor səsi vardı və 1904-cü ildə keçirilən Musiqi Festivalında (irl. Feis Ceoil) bürünc medala layiq görülmüşdü.. Siemens Feis Ceoil Association. 1 April 2007 version retrieved from the Internet archive on 9 November 2009.

Karyerası 1904-cü il 7 yanvarda Coys estetika ilə bağlı Sənətkarın portreti adlı esse-hekayəsini çap etdirməyə çalışdı, amma azad düşüncəli Dana jurnalı ona rədd cavabı verdi. 22-ci yaşını qeyd etdiyi ad günündə o, hekayəni yenidən gözdən keçirib, onu Qəhrəman Stiven adını verdiyi romana çevirməyi qərara aldı. Roman Coysun gəncliyinin bədii formada əksi idi, amma sonda romanın getdikcə öz yönündən uzaqlaşdığını görən yazıçı bundan məyus oldu və əsəri yarıda qoydu. Roman bu formada heç vaxt dərc olunmadı; Coys yalnız illər sonra, Triestdə olarkən romanı tamamilə dəyişərək yenidən yazdı və ona Sənətkarın gəncliyindəki portreti adını verdi. Yarımçıq qalmış Qəhrəman Stiven isə yazıçının ölümündən sonra çap olundu.

1904-cü ildə o, həmçinin əslən Qoluey şəhərindən olan və xadimə işləyən Nora Barnakl adlı gənc qadınla tanış oldu. 1904-cü il 16 iyunda onlar ilk dəfə çöldə birlikdə vaxt keçirdilər, piyada Dublinin şəhərkənarı ərazisində yerləşən Rinqsendə getdilər; orada Nora onu masturbasiya etdi. Uliss romanında da hadisələr məhz 1904-cü 16 iyun tarixində baş verdiyindən bu hadisə Blum günü olaraq qeyd edilir.