Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Coğrafiası Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi.
Əhalisi 200px|thumb|right|Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 142
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005
Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır. Qəsəbə sakinlərinin əksəriyyəti islam dininə etiqad edirlər. 2009-cu ildən Ağtəklədə məscid fəaliyyət göstərir.
Tarixi
Yaranma tarixi qeyri-müəyyəndir. Yaxılığındakı kənd qəbirstanlığında olan qəbir daşlarının yaşı min illərlə ölçülür. Kəndin adı böyük ehtimal qədim türk qəbiləsi Təkəli adı ilə bağlıdır.
İqlimi Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl Orta temperatur [°C] 6 7.7 12,9 18,2 23,4 27.5 30.8 30.8 26.0 19.8 12.9 7.5 18.7 Yağışlar (mm) 19 26 30 51 78 76 45 48 36 38 30 21 498
İstinadlar
Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Qarayazı bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:XVI əsrdə yaranan yaşayış məntəqələri