Bəybala bəy Sultanov () — Rusiya imperiyası II Dövlət Dumasının deputatı, müsəlman fraksiyasının üzvü.

Həyatı, təhsili və peşəsi 10 mart 1879-cu ildə Məlik bəy Sultanovun ailəsində doğulub, ləzgi və müsəlman idi. Moskva universiteti Tibb fakültəsini bitirmişdi. 1902–1905-ci illərdə Kürə dairəsində rayon həkimi"Кавказский календарь на 1903 год", Тифлис, 1902 г. Стр. 222., 1909–1910-cu ildə Qayakənd kənd həkimi işləmişdir."Кавказский календарь на 1910 год", Тифлис, 1909 г. Стр. 364. 1914–1918-ci illərdə Bakı şəhər Mixaylovskaya xəstəxanasının 1 saylı klinikasında (indiki Hacı Qasımov adına 1 saylı doğum evi) işləmişdir.

Siyasi fəaliyyəti 6 fevral 1907-ci ildə Rusiya imperiyası II Dövlət Dumasına seçilmişdir. İctimai təhsil və aqrar komissiyalarının üzvü idi.

Ölümü Mart soyqırımı zamanı Stepan Lalayan tərəfindən öldürülmüşdür.

Ailəsi Atası Məlik bəy Sultanov dvoryan sinfinə mənsub idi. Bəybala bəy qumuq əsilli Umay Hacıyeva ilə evlənmiş, Məhəmməd-Mirzə adlı oğlu olmuşdu.

Mənbə

Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Moskvada təhsil almış azərbaycanlılar Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Rusiya imperiyası həkimləri Kateqoriya:Rusiya imperiyası II Dövlət Dumasının üzvləri