Google Talk — həm mətn, həm də səsli rabitəni təmin edən ani mesajlaşma xidməti. Bu ani mesajlaşma xidməti istifadəçilər arasında "Gchat", "Gtalk" və ya "Gmessage" kimi müxtəlif şəkillərdə adlandırılırdı.
"Google Talk" həm də əvvəllər "Google" tərəfindən xidmətdən istifadə etmək üçün təklif edilən müştəri proqramlarının adı idi. "Google Talk" proqramları "Microsoft Windows", "Android", "BlackBerry OS", "BlackBerry 10" və "ChromeOS" əməliyyat sistemləri üçün mövcud idi. "Google Talk" mobil veb proqramı da əvvəllər mövcud idi. 2015-ci ilin fevral ayında "Windows" müştərisinin fəaliyyəti dayandırılmış, "Google" istifadəçilərə bunun əvəzinə "Google Hangouts"dan istifadə etməyi tövsiyə etmişdir. "Windows" müştərisinin istifadəçilərinə "Chrome" brauzer platformasında "Google Hangouts" tətbiqinə keçmək məsləhət görülmüşdür.
Xüsusiyyətləri Səs və video "Google Talk" istifadə edərək "Gmail" daxilində telefon zəngləri etmək və qəbul etmək mümkün idi. Zəngləri qəbul etmək üçün istifadəçi tam "Google Voice" hesabını güncəlləməli idi. Əvvəlcə ABŞ-dən kənarda olan istifadəçilər tam "Google Voice" hesabını güncəlləyə və ya "Gmail"də telefon zənglərini qəbul edə bilmirdilər. "Gmail" vasitəsilə gedən zənglər üçün "Google Voice" tələb olunmurdu və bu ABŞ xaricindəki bir çox ölkələrdə istifadə edilə bilirdi. "Google Talk" istifadəçilərə xidmətə daxil olub-olmamasından asılı olmayaraq kontakt üçün səsli mesaj buraxmağa icazə verirdi.
Oflayn mesajlaşma "Google" 1 noyabr 2006-cı ildə "Google Talk"a oflayn mesajlaşma funksiyasını əlavə etmişdir. Bu, istifadəçilərə hesaba daxil olmasalar belə, kontaktlarına mesaj göndərmək imkanı vermişdir. Onlar mesajı göndərən istifadəçi oflayn olsa belə, növbəti dəfə onlayn olduqda mesajı qəbul edə biləcəkdi. Bu, "Google Talk" serverləri və digər XMPP serverləri arasında deyil, yalnız "Gmail" hesabları arasında işləyirdi.
İstinadlar
Xarici keçidlər
Google Talk for Developers (Official site containing links to more detailed, technical, information about Google Talk. Google Talkabout, official development blog
Kateqoriya:Fəaliyyəti dayandırılmış Google proqram təminatları Kateqoriya:Videotelefoniya Kateqoriya:Android proqramları Kateqoriya:Mobil tətbiqlər Kateqoriya:Fəaliyyəti dayandırılmış Google xidmətləri