Biz şmidçilərik qısametrajlı sənədli filmi rejissor Nina Mustafayeva tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Qrup kinoportreti janrında çəkilmiş bu film Azərbaycanın ən iri sənaye müəssisələrindən biri olan Leytenant Şmidt Adına Maşınqayırma Zavodunun əməkçilərinə həsr edilmişdir.
Məzmun Qrup kinoportreti janrında çəkilmiş bu film Azərbaycanın ən iri sənaye müəssisələrindən biri olan Leytenant Şmidt Adına Maşınqayırma Zavodunun əməkçilərinə həsr edilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 147
Zavodun 4 min fəhləsi arasından müxtəlif yaşlı nümayəndələr seçilmiş, onların əməyindən, dünyagörüşlərindən, gənc və yaşlı nəslin qarşılıqlı əlaqələrindən bəhs olunmuşdur.
Zavodun yaşlı və gənc, lap yeniyetmə nəsillərini daha qabarıq əks etdirmək üçün film 4 hissəyə-novellaya bölünmüşdür: "Kommunistlər", "Gənclər", "Yeniyetmələr" və "Kommunist əməyi".
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1972-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1972-ci ilin filmləri Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri