Karina Boris qızı Aznavuryan (20 Sentyabr 1974, Bakı, Azərbaycan) Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004), Dünya (2003) və Avropa (2004) çempionudur.
Həyatı Karina Aznavuryan 20 sentyabr 1974-cü ildə Bakıda anadan olmuşdur. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır. Qılıncoynatma ilə ilk dəfə Bakıda məşğul olmağa başlayıb. Qarabağ münaqişəsi başlandıqdan sonra onun ailəsi Moskvaya köçür. Əvvəllər rapira ilə məşğul olan Karina burada şpaqa ilə məşq etməyə başlayır. 1994-cü ildən etibarən Rusiya yığmasının tərkibində iştirak etməyə başlayır. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində bürünc medal qazanır. Daha sonra Sidney (2000) və Afina (2004) şəhərlərində keçirilən Olimpiya oyunlarında qızıl medallar qazanır. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında belində olan zədə səbəbindən iştirak etmədi.
İstinadlar
Kateqoriya:1974-cü ildə doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Erməniəsilli azərbaycanlılar Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:2000 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2004 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Qılıncoynadanlar Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:1996 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında qılıncoynadanlar Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında qılıncoynadanlar Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Qılıncoynatma üzrə Avropa çempionları Kateqoriya:Olimpiya bürünc medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiya erməniləri Kateqoriya:Rusiyanın əməkdar idman ustaları