"Baharın on yeddi anı" () — rejissor Tatyana Lioznovanın çoxseriyalı filmi.
Məzmun
Filmdəki hadisələr İkinci dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir. Filmin baş qəhrəmanı ştandartenfürer Maks Otto fon Ştirlis sovet kəşfiyyatçısıdır və SD mərkəzi aparatında işləyir. Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir.
Ştirlisin SD-də olan işi RSXA rəisi Kaltenbrunnerdə şübhə oyadır. O, gestapoya Ştirlisin əlaqələri ilə bağlı sakit və gizli yoxlama aparmağı tapşırır.
Berlin yaxınlığındakı bombardmanda Ştirlisin əlaqələndiriciləri olan ailə – Ervin və Ketrin yaşayan ev dağılır. Ervin həlak olur. Hamilə Ketrin isə huşsuz vəziyyətdə Şarite klinikasına gətirilir. Təsadüf nəticəsində orada gestapo Ketrini ifşa edir. Ştirlisin tapşırığı çətinləşir: o, Moskva rəhbərliyi ilə əlaqəsiz qalır.
Ştirlis danışıqların həqiqətən İsveçrədə aparılmasını və onların təşəbbüsçüsünün SS rəhbəri Himmler olduğunu dəqiq bilir. O, rəisi Şellenberqin tapşırığı ilə bu işdə iştirak edir. Ştirlis Moskvaya məlumat göndərməyi iki müxtəlif antinasist ideyalı almana tapşırır. Həmin iki nəfər pastor Şlaq və professor Pleyşner idi. İş mövqeyi ilə əlaqədar Ştirlis onları İsveçrəyə göndərir. Şlaq tapşırıqdan başqa, həm də öz kilsə və mühacir əlaqələri vasitəsilə Himmlerin ingilis-amerikan komandanlığı ilə əlaqəsi barədə əlavə məlumat əldə etməlidir. Hətta mümkün olsa, onlara mane olmalıdır.
Ağıllı və ehtiyatlı Şlaq ona verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirir. Pleyşnerin huşsuzluğu isə onu tələyə salır. Səhvini başa düşən Pleyşner intihar edir.
Danışıqlara mane olmaq üçün Ştirlis Reyxin hakimiyyətinin yüksək eşelonlarındakı rəqabətdən istifadə etmək qərarına gəlir. O, reyxslyater Martin Bormanla birbaşa əlaqəyə girir və ona "fürerin əleyhinə gedən satqıncasına danışıq"dan xəbər verir.
Bu zaman gestapo rəisi Müllerin əlinə Ştirlisin sovet rezidenti ilə əlaqəsini göstərən ciddi dəlillər düşür. Ştirlis Müllerlə gərgin psixoloji duel aparır və özünə haqq qazandırmağa çalışır. Bunun üçün Ştirlisin o qədər də güclü sübutu yoxdur, amma Müller onunla razılaşır. Artıq Müller üçün Ştirlis – Bormanın adamıdır. Gestapo rəisi Ştirlisə başa düşməyə imkan verir ki, onunla maraqlanır.
Ştirlisin qarşısında daha bir tapşırıq var: Keti xilas etmək. Radist qız Ştirlisin göstərişi ilə radio-oyunda iştirak etməyə razılıq verir. Ştirlis bu əməliyyata SD tərəfdən nəzarət edir. Hadisələrin gözlənilməz gedişində Ket gestaponun onu saxladığı gizli evdən qaçır. Ştirlis onunla birlikdə bitərəf İsveçrəyə getmək imkanı tapır.
Bormandan istifadə nəticə verir. ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri ilə danışıqda Himmlerin elçisi oberqruppenfürer Volfu Berlinə geri çağırırlar. Danışıqlar pozulur və Ştirlisin tapşırığı yerinə yetir.
Berndə Ştirlis Keti vətənə göndərir. O, Şlaqdan Volfun amerikalılarla əlaqəsini sübut edən qiymətli məlumat əldə edir. Mərkəzlə əlaqə saxlanılır. Məlum olur ki, ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Ştirlis öz işini davam etdirmək üçün Berlinə qayıdır.
Film haqqında
Film Yulian Semyonovun eyniadlı romanı əsasında çəkilmişdir. 12 seriyadan ibarətdir. Aktyorlar Leonid Kuravlyov və Leonid Bronevoy əvvəl Hitler roluna sınaq olunmuşdular. Aktyor Oleq Tabakov Valter Şellenberqə o qədər oxşayırdı ki, Yuri Vizborun xatirələrinə görə film ekranlara çıxanda Tabakov Almaniyadan məktub alır. Məktubu Şellenberqin qohumu yazmışdı. O, aktyora öz təşəkkürünü bildirirdi. O, filmə öz qohumunu bir daha görmək üçün dəfələrə baxmışdı. Müller rolu aktyor Leonid Bronevoyun ona şöhrət gətirmiş ilk roludur. Həyatdakı əsl Müller isə qətiyyən Bronevoya bənzəmirdi. Müller həyatda hündür, arıq, donqarburun və qarabuğdayı adam olmuşdur. İllər keçəndən sonra Leonid Bronevoy etiraf etdi ki, əgər o vaxt Müllerin zahiri görkəminin necə olduğunu bilsəydi, bu roldan imtina edərdi. Əlaqələndirici Ket obrazı kəşfiyyatçı Anna Filolenkonun prototipidir. Onu xüsusi olaraq Tatyana Lioznova ilə tanış etmişdilər. Həyat yoldaşı Mixaillə Anna uzun illər Latın Amerikasında və faşizmin olduğu ölkələrdə işləmişlər. RSXA binasının otaqlarındakı səhnələr Butır həbsxanasında çəkilmişdir. Filmdə Ketə əzab vermək üçün onun uşağını soyundurub soyuğun qarşısına qoyurlar. Əslində bu səhnə çox isti olan studiyada çəkilmişdir. Romanda Ştirlis "Horx" ("Horch") avtomobilində gedir. Sınaq çəkilişlərində Tixonov həqiqətən də 1935-ci ilin nadir "Horx-853" avtomobilində çəkilir. Bu avtomobil Moskvada yaşayan tanınmış kolleksiyaçı Aleksandr Alekseyeviç Lomakova məxsus idi. Maşını filmə təsdiq edirlər. Lakin çəkilişlər bir neçə ay uzanır. Və avtomobilin sahibi bu maşın haqqında başqa bir filmin yaradıcı heyəti ilə müqavilə imzalayır. Bu Suxumi şəhərində çəkilən "İncə mövsüm" filmi idi. Bu hadisələrdən sonra Ştirlis filmdə həmin avtomobildən dəfələrlə dəyərsiz olan 1938-ci ilin "Mersedes-Benz-230" avtomobilində çəkilir. Filmdə SSRİ Dövlət Film Fondunun və Kino-foto sənədlər Mərkəzi Dövlət arxivinin materiallarından istifadə edilmişdir. Filmin 7-ci və 8-ci seriyalarında 1959-cu ildə çəkilmiş "Körpü" ("Die Brücke") alman bədii filminin kadrlarından istifadə olunmuşdur. Hətta burada alman filminin baş qəhrəmanlarını da görmək olar. Filmin alman dilinə dublyajında Ştirlis rolunu, bu filmdə Helmut rolunu ifa edən Otto Melies səsləndirmişdir. Onun oynadığı Helmut rolunu isə başqa alman aktyoru səsləndirmişdir. Filmin Sovet televiziyasında ilk nümayiş olunmasından sonra rejissor Tatyana Lioznova tamaşaçılardan 12 kisə məktub almışdı. Film premyeradan sonra o qədər məşhurlaşmışdı ki, növbəti nümayiş 3 aydan sonra olmuşdu. Əsərin və ssenarinin müəllifi Yulian Semyonov Almaniyada filmin təqdimatında olanda o, real general Karl Volfla görüşür. General həyatda çox kök idi. Yulian Semyonov ondan Vasili Lanovoyun ifa etdiyi obrazla üz-üzə duranda nə fikirləşdiyini soruşur. Volf cavab verir: "Qətiyyən oxşamırdı". Semyonov fənd işlədərək cavab verir. Deyir ki, o, əslində Lanovoya minnətdar olmalıdır ki, bu obraz gələcək nəsillərə belə yığcam, ucaboy və qamətli çatdırılacaq. Volf burnunun altında astadan "bunda xüsusi bir məna var" deyir və Yulian Semyonov vasitəsilə Vasili Lanovoy üçün minnətdarlıq kimi bir şüşə konyak göndərir. Lakin aktyor generalın bu minnətdarlığını ala bilmir.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Yulian Semyonov Ssenari müəllifi : Yulian Semyonov Quruluşçu rejissor : Tatyana Lioznova Quruluşçu operator : Pyotr Katayev Bəstəkar : Mikael Tarıverdiyev Quruluşçu rəssam : Boris Dulenkov Səs operatoru : Leonard Buxov Mahnıların mətninin müəllifi : Robert Rojdestvenski Montaj : Kseniya Blinova, İ. Dorofeyeva, V. Potapova Geyim üzrə rəssam : Məryəm Bıxovskaya Qrim rəssamları : V. Pustovalova, Y. Boçkaryov Rejissor : Zinovi Genzer Operator : Anatoli Buravçikov Quraşdırılmış səhnələrin operatorları : K. Alekseyev, V. Osminkina Quraşdırılmış səhnələrin rəssamı : S. Peterson Rejissor assistentləri : A. Zaboloskaya, L. Nyujgirova Operator assistenti : İ. Proskurin Rəssam assistentləri : V. Orlov, F. Rostoski, N. Fadeyeva Fotoqraf-rəssam : A. Qolsin İşıq ustası : S. Sokolov Baş məsləhətçi : S. Mişin (general-polkovnik) Baş elmi məsləhətçi : V. Yejov (tarix elmləri doktoru) Məsləhətçilər : Q. Kolx (tarix elmləri namizədi, polkovnik), V. Stoqov (polkovnik), N. Borisov, X. Braun Redaktor : S. Klebanov Çalır : Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor : A. Petuxov Filmin direktoru : Y. Lebedinski Mahnıları ifa edən : İosif Kobzon (titrlərdə yoxdur)
Rollarda
Vyaçeslav Tixonov – Maks Otto fon Ştirlis Leonid Bronevoy – Müller Yekaterina Qradova – Ket Rostislav Plyatt – pastor Şlaq Oleq Tabakov – Şellenberq Nikolay Prokopoviç – Himmler Mixail Jarkovski – Kaltenbrunner Yuri Vizbor – Borman Leonid Kuravlyov – Aysman Konstantin Jeldin – Holtoff Yevgeni Yevstiqneyev – Pleyşner Lavrenti Masoxa – Şols Vasili Lanovoy – general Volf Fris Dis – Hitler Vilhelm Burmayer – Gerinq Emiliya Milton – Frau Zaurix Pyotr Çernov – Vladimir Nikolayeviç Qromov Svetlana Svetliçnaya – Qabi Nabel Yan Yanakiyev – Dolman Vyaçeslav Şaleviç – Allen Dalles Valentin Qaft – Gevernis Aleksey Eybojenko – Qyusman Olqa Soşnikova – Barbara Otto Melies – Helmut Yevgeni Qurov – quş mağazasının sahibi Stanislav Korenev – Kaltenbrunnerin yavəri Andro Kobaladze – Stalin Vladimir Rudıy – Aleksandr Sergeyeviç Kovalenko Viktor Şşeqlov – sığorta agenti Aleksey Safonov – Rolf Vladimir Smirnov – məxfi evin sahibi Yuri Zayev – Bittner Yevgeni Kuznesov – Krüger Yuri Katin-Yarsev – astronom Rudolf Pankov – "Təkgöz" Lev Durov – Klaus Aleksey Dobronravov – Ştirlisin kottecinin gözətçisi Nikolay Volkov – Ervin Eleonara Şaşkova – İsayevin arvadı Yevgeni Lazarev – Yemelyanov Qriqori Lyampe – fizik Runge Nikolay Qrisenko – vaqondakı general Vladlen Davıdov – Dallesin əməkdaşı Vladimir Kozel – Kyure Viktor Qolovin – Şusman Sergey Yudin – Günter Aleksandr Kryukov – Piter Manefa Sobolevskaya – birinci tibb bacısı Zinaida Vorkul – ikinci tibb bacısı Vladislav Kovalkov – ekspert Vladimir Keniqson – Krauze Gennadi Petrov – Vasilyev Vladimir Paulus – alman səfirliyinin məsləhətçisi Paul Butkeviç – əlaqələndirici İnna Ulyanova – bardakı qız Eduard İzotov – Hitlerin yavəri
Filmin musiqiləri
Rusca (orijinal) Azərbaycanca На Цветочной улице Gül küçəsində Где-то далеко Haradasa uzaqlarda Эхо войны Müharibənin əks-sədası В черно-белом ритме Ağ-qara ritmdə Мгновения An Прелюдия для Кэт Ketə prelüdiya Вокзал прощания Vida vağzalı Дороги Yollar Ночной патруль Gecə patrulu Весеннее утро Bahar səhəri Двое в кафе İki nəfər kafedə Текст ячейки Boşluq mətni Сумерки в Берлине Berlində toranlıq Встреча с женой Arvadı ilə görüş
Mükafatlar
RSFSR Dövlət Mükafatı (1976)
Azərbaycan dilinə dublyajı
Film 2011-ci ildə Bakıfilm kinostudiyasında dublyaj edilmişdir.
Filmi səsləndirənlər : Nəcibə Hüseynova, Eldəniz Rəsulov, Valeh Kərimov, Allahverdi Yolçuyev, Kazım Abdullayev, Şövqi Hüseynov, Rövşən Məmmədli, Emil İsrafilov Dublyajın səs rejissoru : Orxan Məmmədli Azərbaycan dilinə tərcümə : İradə Sultanova Dublyajın redaktoru : Kamilə Məcidova
İstinadlar
Ədəbiyyat Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 237. Сергеев Ф. М. Тайные операции нацистской разведки 1933—1945 гг. — М.: Политиздат, 1991. — 414 с. ISBN 5-250-00797-X Даллес А. Тайная капитуляция. — М.: Центрполиграф, 2004. — 350 с. ISBN 5-9524-1410-9 Стивен Ловелл «Семнадцать мгновений весны» и семидесятые
Xarici keçidlər «Семнадцать мгновений весны». Актёры фильма (Полный список) Обзор DVD и Информация о фильме на vObzor.com RUSCICO, NTSC, реставрация изображения, 6:DVD9 Сайт, посвящённый телесериалу «Семнадцать мгновений весны» Статья о фильме на Грани. Ру «17 мгновений весны: где правда и где вымысел» Интервью с историком К. Залесским Та самая машина Хорьх 853 которую снимали на пробах фильма о Штирлице «Дом Штирлица» из фильма на карте «Викимэпии». О фильме «Семнадцать мгновений весны» на сайте IMDB Интервью режиссёра Т. Лиозновой Разведчики, скрывающиеся за образом М. М. Исаева" Где снимали «Семнадцать мгновений весны» в Москве " Клим Дегтярёв «Штирлиц без грима. Семнадцать мгновений вранья» Анализ ошибок в фильме и книге.
Kateqoriya:Rusiya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Detektiv filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Tatyana Lioznovanın filmləri Kateqoriya:1973-cü ilin filmləri Kateqoriya:Maksim Qorki adına kinostudiyanın filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:1973-cü ilin teleserialları Kateqoriya:Berlin haqqında filmlər Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:Macəra filmləri Kateqoriya:Miniseriallar Kateqoriya:Romanlara əsaslanan filmlər