Jan Mişel Jarr (; ) — fransız bəstəkarı, ifaçısı və prodüseri, elektron musiqi, sintpop, nyu-eyc janrlarının pionerlərindən biri. Sintezator ifaçısı və möhtəşəm işıq, lazer və atəşfəşanlıq təşkilatçısı kimi məşhurluq qazanmışdır.
Dünya şöhrətini elektron musiqi janrının klassikasına çevrilmiş "Oxygene" (1976) albomu sayəsində yaxalamışdır. 1979-cu ildən başlayaraq dünyanın müxtəlif bölgələrində onlarla musiqili işıq şousu təşkil etmişdir.
Rekordları Jarr bir neçə dəfə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Onun 4 konserti tarixdəki ən böyük konsertlər kimi qeydə alınmışdır. Sonuncu rekordu 1997-ci ildə Moskvada qeydə alınmış, həmin konsertdə 3,5 milyon tamaşaçı iştirak etmişdir. Digər bir rekordu isə 1983-cü ildə cəmi 1 nüsxədə buraxdığı "Music for Supermarkets" albomunun hərracda 10 min funt-sterlinqə satılmasıdır. Həmin albomdakı bəzi mahnılar 1984-cü ildə buraxılan "Zoolook" albomunda bir qədər dəyişilmiş şəkildə yer alır. Mahnıların orijinalını isə hazırda aşağı keyfiyyətli radio səs yazıları şəklində dinləmək mümkündür.
Diskoqrafiyası Jarr təxminən 80 milyon albom və sinql satmışdır. Bunlardan birincisi 1969-cu ildə buraxdığı "La Cage / Erosmachine" sinqlıdır.
Studiya albomları
İstinadlar
Kateqoriya:Fransa bəstəkarları Kateqoriya:Fransa musiqiçiləri Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:Jan Mişel Jarr Kateqoriya:Polydor Records artistləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Epic Records artistləri Kateqoriya:Yəhudi mənşəli fransızlar