Noman Çələbi Cihan () — Krım Tatar siyasətçisi və ictimai xadimi, Krım Xalq Respublikası hökumətinin ilk sədri, Krım tatar xalqının Birinci Qurultayının təşkilatçısı, ilk dəfə Krım, Litva, Polşa, Belarus müsəlmanlarının müvəqqəti müftisi seçilib. O, Krım tatarlarının dövlət himninə çevrilmiş “Ant etkenmen” (“And etdim”) poemasının müəllifi kimi də tanınır.
Həyatı Noman 1885-ci ildə Krımın quzeyində, Canköy yaxınlığındakı Büyük Sunak kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər, lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simferopoldakı Rüştiyyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib. Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının "Tərcüman", Rəşid Mediyevin "Vətən xadimi" qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dilini öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərini oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb. 1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyrinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. Rusiya imperiyasının güclərindən xalqını qurtarmaq, haqsızlığa, qanunsuzluğa son qoymaq üçün yollar axtarıb. Yeniyetməykən Krımda və İstanbulda nəşr olunan qəzetlərə məqalələr yazan Noman qohumları Əbdülhalim Çələbi və Əbubəkir Çələbinin maddi yardımıyla 1906-cı ildə təhsilini davam etdirmək üçün İstanbula gedir. Orada Mərcan İdadisində oxuyaraq dini biliklərini dərinləşdirir. Sonra universitetin hüquq fakültəsində təhsilini davam etdirir. Cəfər Seydəhməd Kırımər ilə tanış olur. Tanışlıq dostluğa cevrilir və ömrünün axırınadək davam edir. İstanbuldakı krımlı gənclərlə birlikdə "Vətən" adlı gizli bir təşkilat yaradır. Onlar vətəni azad etmək, milləti oyatmaq ümidiylə hekayə-lər, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirib yayırlar. İctimai fəaliyyəti 300px|thumb|right|Krım Direktoriyasının liderləri Səyidcəlil Xəttatov, Həsən Səbri Ayvazov, Noman Çələbi Cihan və Cəfər Seyidəhməd Krımər Krım xan sarayının Dəmir-Qapılarının qarşısında, 1918-ci il. 1908-ci il dekabrın 30-da Noman Çələbi Cəfər Seyidəhməd Krımər, Alim Seyt Cəmil, Abdülhakim Hilmi və Əbdürrəhim Sükuti ilə birlikdə Krım Tələbə Cəmiyyəti adlı bir təşkilat yaradırlar. Təşkilata Noman Çələbi Cihan rəhbər seçilir. Proqram və nizamnamədəki mübahisə doğuracaq fikirlər onların yollarını ayırdığından təşkilatın ömrü o qədər də uzun olmayıb. 1909-cu il sonlarında Noman Çələbi Cihan, Cəfər Seyidəhməd Krımər, Yaqup Kerçi, Əhməd Şükrü "Vətən" cəmiyyətini yaradırlar. Təşkilatın üzvləri milləti oyatmaq, Krımı azad etmək ümidiylə hekayələr, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirib, Krıma göndərərək yaymaqla yanaşı, Rusiyanın əsarəti altındaki digər Türk xalqlarının milli azadlıq mübarizəsini diqqətlə izləyib, onların ziyalılarıyla sıx əlaqə qururlar.
Azərbaycandan Əli bəy Hüseynzadənin redaktoru olduğu "Füyuzat" jurnalına, "Həyat", "İrşad" qəzetlərinə xüsusi maraq göstərməklə yanaşı satirik "Molla Nəsrəddin" jurnalını da oxuyur və yayırlar. 1909-cu ildə İstanbula gələn İsmayıl bəy Qaspıralının qarşılanmasında və onun çıxışlarının dinlənməsində Noman və dostları xüsusi fəallıq göstərirlər. Noman həmyerlisi, gənc şair, gələcəyin böyük Türkoloqu Bəkir Çobanzadə ilə İstanbulda tanış olur və hər ikisi şeirlərini bir yerə toplayıb 1911-ci ildə kitab kimi çap etdirirlər.
1912-ci ildə İstanbuldan vətənə dönən Noman sanki Krıma sığmır. Mübarizə, fəaliyyət üçün daha geniş meydan ax-tarır. Peterburqa gedərək orada Psixonervoloji İnstituta qəbul olunur. Yaşamını təmin etmək üçün ən ağır işlər görməkdən belə çəkinmir. Orada yazdığı "Tatar xəstə" əsərini dostu Cəfər Seydəhmədə göndərir. Yazı uzun illər aktuallığını itirmədiyindən 1917-ci ildə "Tərcuman" qəzetində çap olunur. Bir il sonra isə, yəni 1913-cü ilin iyulunda əqidə və məslək dostu Cəfər Seydəhmədlə görüşmək üçün yenidən İstanbula dönür. İstanbuldan geri dönərkən Krımda Seyid Abdi Hacının qız ilə evlənir. Əqidə dostları 1914-cü ildə "Vətən" Cəmiyyətinin şöbəsini qururlar. Həmin ilin payızında Gözləvdə Cəfər Seydəhmədlə görüşdükdən sonra cəmiyyətin üzvlərilə Vəl İbrahimin Ağməsciddəki çayxanasında gizli bir toplantı keçirir və gələcəkdə görəcəkləri işləri planlaşdırırlar. 1914-cü il sentyarın 11-də Baxçasaraya, "Tərcüman" qəzetinin redaktorunun yasına gələn nümayəndələr qarşısında İsmayıl bəy Qaspıralının fikirlərinin ruhunu açıqlayan Noman inqilabın yaxınlaşdığını və yaranacaq vəziyyətdən istifadə edərək Krımı işğaldan azad etməyin vacibliyini vurğulayır. Birinci Dünya müharibəsində Rusiyanın uduzmaqda olduğunu görərək universitet tələbələrini hərbi kurslara cəlb edir. Moskvada hərbi kursu bitirən Cəfər Seyidəhməd Bessarabiya cəbhəsinə, Gözləvdə hərbi kursu bitirən Noman Çələbi Cihan da Ağməscidə göndərilir. Hərbi xidmətə yola düşmə zamanı çılğın təbiətli Noman onu yola salan dostları və qohumları qarşısında qəflətən sol biləyinin damarını kəsərək qanı ilə divara yazır: Sağlıqnan qal, tatarlıq! Mən getməm cəngkə, Hamının başı aylandı axirət bətkə. Sənin üçün yaşadım, sənsiz ölsəm, Bilməm nasıl girərəm boş cənnətə… Krımda azadlıq hərəkatında 250px|thumb|left|Noman Çələbi Cihanın Yevpatoriyada yaşadığı Beynəlxalq küçədəki ev 1917-ci ilin fevralında ölkədə yaranmış qarışıqlıqdan qurtarmaq, Rusiyanı xilas etmək üçün çar II Nikolay könüllü olaraq hakimiyyətdən əl çəkir. Kereniskinin başçılığı ilə keçid hökuməti yaradılır. Krımlı vətənsevərlər xilas yolları arayırdı. Gizli fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin üzvləri Nomanın xəstələndiyini bəhanə gətirərək onu Odessadakı hərbi hospitala göndərirlər. Bessarabiya cəbhəsində olan Cəfər Seydəhməd və əqidə yoldaşları Xəlil Çapçakçı, Əhməd Özənbaşlı da onun yanına gəlirlər. Uzun müzakirədən sonra Krımda fəaliyyət göstərən gizli təşkilatları birləşdirmək və xalqı azadlıq mübarizəsinə qaldırmaq qərarına gəlirlər. Krımla sıx xəbərləşmə və təşkilati əlaqə yarada bilirlər. 1917-ci il martın 25-də Krımın şəhər, qəsəbə və kəndlərindən gəlmiş 1500 nümayəndənin iştirakı ilə qurultay keçirilir. Qurultay Krım Müsəlmanları Mərkəzi İcra Komitəsi yaradır və komitəyə 45 üzv seçir. Komitə üzvlərinin əksəriyyəti gizli təşkilatdan seçilir. Bu Komitə mədəni müxtariyyat funksiyasını yerinə yetirməli olduğu halda Krımın azadlıq mübarizəsinin rəhbərinə və yeni müstəqil dövlətin qurulmasının yolgöstərəninə çevrilir. 1917-ci il martın 26-da Krım Xalq Cümhuriyyəti elan edilir. Krım Müsəlmanları Mərkəzi İcra Komitəsi Noman Çələbi Cihanı Krım Müftiliyinə, Cəfər Seydəhmədi isə Vəqf İşləri Müdirliyinə seçir. Beləliklə Çələbi Cihan yalnız Krımın deyil, eyni zamanda Batı Müsəlmanlarının, yəni Polşa və Litva müsəlmanlarının da müftisi olur. Yeni yaranmış Rusiya hökuməti bu vəzifələri təsdiqləyir. Odessada hadisələrin gedişini diqqətlə izləyən və onu idarə edən Noman Çələbi Cihan və Cəfər Seydəhməd Krıma gəlirlər. Noman vəzifə başına kecən kimi sərt tədbirlərə əl atır. 1917-ci inin aprelində Noman Çələbi Cihan, Səyidcəlil Xəttatov, Əhməd Özənbaşlı və Cəfər Seyidəhməd tərəfindən bir nizamnamə hazırlanır. Qısa bir zamanda savadsız, cəsarətsiz, Rusiya yönlü, milli düşüncədən uzaq olan müftiləri, qazıları işdən çıxarır, yerlərinə gənc vətənsevərləri təyin edir. Milli məktəblərin sayını artırır. Həmin il may ayında Ağməsciddə keçirilən müəllimlər konqresi açıq-aydın ruslaşdırma siyasətinə qarşı durur, Rusiya hökumətinin işğal etdiyi ərazilərdə özünə kiçik məmurlar hazırlamaq üçün açdığı Rus tatar məktəblərini milli kadrlar hazırlayan məktəblərə çevirir. Bu islahatların həyata keçirilməsində, məktəblər üçün metodik vəsait və proqramlar hazırlanmasında Həsən Səbri Ayvazov kimi təcrübəli pedaqoq və yazıçının təşkilatçılıq bacarığından istifadə edilir.
Krımda ana dilində çıxan qəzet və jurnalların sayı artrılır. Həsən Səbri Ayvazov Krım Müsəlmanları Mərkəzi İcra Komitəsinin orqanı kimi "Millət" qəzetini (1918–19-cu illərdə qəzet Bakıda nəşr edilmişdır. Qəzetin Bakıda 187 sayı çap olunsa da təəssüf ki, Azərbaycan kitabxanalarında qəzetin cəmi 106 sayı saxlanılır), Halit Çapçakçı və Ali Badaninski "Qolos Krım", "Tatar Sədası" qəzetlərini çap etdirirlər. Onların ardınca "Gökbayrak", "İşçi Halk" və "Albayrak" qəzetləri də nəşrə başlayır. Həyata keçirilən islahatlar yarmadadakı müstəmləkəçilik düşüncəsindən ayrıla bilməyən rusları və Rusiya yönlü qeyri-rusları belə bərk narahat edir. Rusdilli mətbuatda, həyata keçirlən tədbirlərin əleyihinə kəskin məqalələr çap olunur.
Yeni yaradılmış Tatar İrade-i Milliyyə təşkilatı Krımı muxtar respublika kimi idarə etməyə başlayır. Kerenski hökumətinin Tavriyadakıdakı əyalət komissarı Boqdanov bundan bərk narahat olaraq təşkilatı bağladır və 1917-ci il iyulun 20-də Noman Çələbi Cihanı həbs etdirib Ağməscidə (Simferopol) göndərtdirir. Nomanın həbs edilməsi yalnız Krımda deyil, Rusiyanın bütün müsəlman Türk təşkilatlarında etirazla qarşılanır. Mitinq və nümayişlər ara verməyir. Üç gün sonra Çələbi Cihan həbsdən azad edilir, Boqdanov və müavini Biyanski işdən cıxarılır. Tavriyadakıdakı Əyaləti İnqilab Komitəsinin sədri Novitskiy rəsmən Noman Çələbi Cihandan üzr istəyir. Bu hadisə Krımda xalqın mübarizəyə ina-mını artırır və əhval-ruhiyyəsini yüksəldir.
1917-ci il mayın 1–11-də Moskvada Rusiya müsəlmanlarının qurultayı keçirilir. Orada əsarət altına alınmış Türkmüsəlmanların təhlükəsizliyini, milli-mənəvi və siyasi hüquqlarını qorumaq məqsədiylə "Hərbi qurumlar haqqında" qətnamə qəbul edilir. 1917-ci il iyulun 21–31-də Kazanda keçirilən növbəti qurultayda qətnamədə irəli sürülən vəzifələrin reallaşması üçün Əsgəri Şura yaradılması qərara alınır. Azərbaycan Türkü Əsədullayevin də daxil olduğu Əsgəri Şura tezliklə yalnız müsəlman əsgər və zabitlərdən ibarət hərbi birləşmələrin formalaşdırılması istiqamətində əməli fəaliyyətə başlayır. Qurultayın qərarı ilə bu mühüm vəzifənin icrası ümumtürk və ümummüsəlman məsələlərində fəal mövqeyi ilə seçilən general Məmməd bəy Sulkeviçə həvalə olunur. Sulkeviçsə soydaşlarından fərqli olmadığını göstərmək üçün İslam dinini və Məhəmməd adını qəbul edir.
Birinci Rumıniya cəbhəsində döyüşən, Qafqaz-Volqaboyu müsəlmanlarının çoxluq təşkil etdiyi əsgəri birlikdən "Müsəlman korpusunu" formalaşdırmaq qərara alınır. Müsəlman döyüşçülərdən ibarət üç diviziyanın yaradılması və təcili şəkildə silah-sursatla təmin edilməsi haqqında general Sulkeviçin Memorandumu 1917-ci il noyabrın 10-da Ümum-Rusiya Müsəlman Şurasının "Xəbərlər"ində dərc olunur. Memorandumda göstərilir ki, "müsəlman ordusunun" əsas vəzifəsi keçmiş Rusiya imperiyasındakı Türk-tatarları birləşdirən dövləti yaratmaqdı. "Müsəlman korpusu" 1917-ci ilin payızında indiki Moldova ərazisində – Tiraspolda təşkil edilməyə başlayır. Rusiyada yaranmış qarışıqlıq nəticəsində Krımda da milli, dini, əqidə müxtəlifliyi ilə bir-birindən fərqlənən komitələr yaradılır. Rusiyanın paytaxtı Sankt-Peterburqda bolşeviklər çevrilişlə hakimiyyəti ələ alırlar. Vəziyyətin getdikcə gərginləşdiyini görən Cəfər Seydəhməd Krımın müdafiəsini təşkil etmək üçün 1917-ci il oktyabrın 30-da Krım Erkani Harbiyesi (Müdafiə Nazirliyi) yaradır və vaxt itirmədən Kiyevə yola düşür ki, danışıqlar apararaq Ukrayna cəbhəsindəki Krım Tatar Süvari dəstələrini vətənə gətirsin. Yaranmış qarışıqlıq, beynəlxalq vəziyyətin gərginliyi, dəmir və şose yollarının normal işləməməsi Cəfər Seyidəhmədə planlarını həyata keçirməyə imkan vermir.
Krım Xalq Respublikasının yaradılmasında iştirakı