İlqar Xəyal () — Azərbaycanlı müğənni, televiziya aparıcısı və Karvan qrupunun keçmiş solistidir.

Həyatı 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olmuşdur. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində almışdır. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyil göstərmişdir. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət etdi və o zaman "Qərib Durnalar" mahnısı təqdim olundu. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı Güllər" oldu. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi.

1990-cı illərin əvvəlində məşhur Karvan qrupunun tərkibində məşhurlaşmışdır.

İki dəfə ailəli olub. Birinci evliliyindən üç oğlu, ikinci evliliyindən bir qızı var.

Diskoqrafiya Albom

Mahnılar Bakinski bulvar Ərköyün qız Haradasan İlahə Kaş ki, olaydım Mələyim Ömür günləri Ptitsa volnaya Qara gözlər Qərib dünyalar Sarı güllər Tufanla oynama

Filmoqrafiya 2002-2003: Baş-başa (ANS TV) 2010-2013: Çempionlar klubu (İdman Azərbaycan) 2022: Səs Azərbaycan

Həmçinin bax Karvan (qrup)

İstinadlar

Kateqoriya:1966-cı ildə doğulanlar Kateqoriya:15 sentyabrda doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları