Məlahət İbrahimqızı () — Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI və VII çağırış deputatı.Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri.
Həyatı Məlahət Hacıyeva 1958-ci il aprelin 25-də Ermənistan SSR-nin Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür.
1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda millət vəkili seçilmişdir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı "Şöhrət" ordeni ilə təltif olunub.
2024-cü il oktyabrın 8-də Azərbaycan–Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının tərkibinə daxil edilib.
Ailəsi 2 övladı var. 3 nəvəsi var.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Ermənistan azərbaycanlıları