Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya müharibəsinin və Gəncə üsyanının iştirakçısı.

Birinci Dünya müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib.

Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb.

Həyatı Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə avar ailəsində anadan olub. 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonra Peterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub.

Xidməti

Çar ordusunda 1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb. 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib. 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır. Bir az sonra həmin polk Qamboriyə köçürülür.

Birinci Dünya müharibəsində iştirak edib. Hərbi xidməti zamanı 1915-ci ildə qılıncı ilə birgə “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə 1916-cı ildə isə qılıncı ilə birgə “2-ci dərəcəli müqəddəs Anna” ordeni ilə təltif edilib.. Sonradan döyüşlərdə yaralandığına görə müalicə üçün cəbhədən geri qaytarılıb və polkovnik rütbəsi ilə ehtiyata buraxılıb. Bundan sonra Balakənə köçüb.

Azərbaycan Cümhuriyyətində 1918-ci ildə Azərbaycan Milli Ordusu yaradılanda Müdafıə Naziri general Səməd bəy Mehmandarovun şəxsi dəvəti ilə Gəncədə yaradılan korpusa komandir müavini təyin olunub. 1919-ci il dekabrın 1-də “polkovnik” hərbi rütbəsində ehtiyatdan Cümhuriyyət ordusuna həqiqi hərbi xidmətə qəbul edilir və Hərbi nazirin 551 №-li əmri ilə 1-ci Artilleriya briqadasının komandiri vəzifəsinə təyin edilir.

Aprel işğalına qarşı olan Gəncə üsyanının əsas iştirakçılarından biri olub. Üsyanın yatırılması zamanı öldürülüb. Keçmiş milli ordu zabiti, Ramazan Həmzət oğlu Xəlilovun şahidliyinə əsasən polkovnik Danyal bəy Gəncə Mərkəzi Komitəsinin sədri Georgi Tuxareli tərəfindən 1920-ci ilin iyununda həbs edilib və şaşka ilə doğranılıb.

Qızının xatirələri Araşdırmaçı Şəmistan Nəzirli qızı Leyla xanımdan 1985-ci ilin noyabr ayında Danyal bəy ilə bağlı müsahibə alıb. Leyla xanım atası və Aprel işğalından sonra baş verən hadisələr haqqında bunları deyib:

Ailəsi Danyal bəyin qardaşları Qaraəli və Murtuzəli Peterburq Universitetinin hüquq fakültəsini, Bəşir isə həmin universitetin Şərq dilləri və hüquq fakültələrini bitirib. Ən kiçik qardaşı Məhəmməd isə Moskva Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirib, sonradan Sosialist Əməyi Qəhrəmanı olub. Bacısı Məryəm Tiflisdə Müqəddəs Nina Qızlar İnstitutunu bitirib.

1904-cü ildə Qarsda olarkən briqada komandirinin qızı, milliyyətcə polyak olan Felisin Stanislavovna Krinseviç-Qijdeu ilə ailə qurub. Xanım Varşavadakı məşhur zadəgan nəslindən idi. Bu evlilikdən iki qızları olub Tamara və Leyla. Qızları Tamara uşaq ikən vəfat edib.

Dayısı Livan Həlləcov Azərbaycan Xalq Cümhuriyyətində Xarici İşlər nazirinin müavini olub.

İstinadlar

Xarici keçidlər Cümhuriyyətin balakənli polkovniki Danyal Bəy Həlləcov / Baku TV

Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Gəncə üsyanının iştirakçıları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Sovet işğalına qarşı döyüşənlər Kateqoriya:Həbsdə ölən şəxslər