Məzmun Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Anar Operator: Zaur Məhərrəmov Bəstəkar: Aydın Əzimzadə Elmi məsləhətçi: Rasim Əfəndiyev (sənətşünaslıq doktoru) Səs operatoru: Şamil Kərimov
Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər