İrakli Metaksa () — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik.
Həyatı left|thumb|250px|İrakli Metaksa pilotlarla birlikdə İrakli Metaksa 1889-cu ildə Batumidə, Pont yunanlarının ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, Krım və Uralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və hotel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan Şaumyanın və Prokofi Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakli Metaksa 1918-ci ildə ingilislər tərəfindən başı kəsilərək edam olunub.
İstinadlar
Kateqoriya:Türkmənistanda vəfat edənlər Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Bolşeviklər Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:26 Bakı komissarı