Müslüm Maqomayevin abidəsi — Rusiyanın paytaxtı Moskva şəhərində Müslüm Maqomayev parkında görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidəНа открытие памятника Магомаеву пришли две тысячи москвичей. metronews.ru
Müslüm Maqomayevin abidəsinin daxil olduğu memarlıq-heykəltaraşlıq ansamblı Moskvada, Voznesenski və Yeliseyev döngələrinin kəsişdiyi yerdəki bağın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir. Müğənninin tunc heykəli qranit pyedestalda ucalır. Müəllifləri heykəltaraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenski olan abidənin hündürlüyü 4,5 metrdən artıqdır.
Açılışı
"Krokus" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış abidənin təntənəli açılış mərasimi 15 sentyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Rusiyanın və Azərbaycanın rəsmi şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Şəkilləri
Mənbə
MOSKVADA MÜSLÜM MAQOMAYEVİN ABİDƏSİ. mediaforum.az
İstinadlar
Həmçinin bax Müslüm Maqomayev Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu Müslüm Maqomayev parkı (Moskva) Müslüm Maqomayev parkı (Kiyev)
Kateqoriya:15 sentyabrda yarananlar Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Moskva abidələri Kateqoriya:Müslüm Maqomayev