Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir. (İNV № 5146)İşğal altındakı tarixi-dini abidələrimiz. Müəllif Nahid Məmmədov

Haqqında Quyuluq məscidi Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində, paytaxt Bakıdan 350 km məsafədə yerləşir. Məscid Şuşanın Güləgül məhəlləsinin Ocaqqulu küçəsində yerləşir. Quyuluq məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi. Təxminən 30 il davam edən işğal dönəmində məscid dağıntılara məruz qalmışdır.

Quyuluq məscidi əsas fasadın memarlıq kompozisiyasına görə müxtəlif formalı enli tağları olan eyvanlı Şuşa məhəllə məscidləri tipinə aid edilir. Buna görə də, ibadətxana ilə ibadət zalı üzvi bütövlük təşkil edir. Məscid daxili məkanın memarlıq-konstruktiv həllinə görə təkhəcmli və yastı taxta tavanlı olmuşdur.

XVIII əsrdə tikilməsi ehtimal edilən məscid 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.

Həmçinin bax Qarabağ Şuşa abidələri Dağlıq Qarabağdakı məscidlərin siyahısı

Xarici keçidlər UNESCO Azərbaycan Dağıdılan mədəniyyət, saxtalaşdırılan tarix Qarabağdakı ibadət evləri Əsir düşmüş ABİDƏLƏR Şuşa- Qarabağın mirvarisi

İstinadlar

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Şuşa məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:XVII əsr məscidləri