Qovuşuq — Dərələyəz mahalında kənd.
Tarixi Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində QovşuqПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.138, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasındaQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.92 qeyd edilmişdir.
Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdirYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, «Haypetrat», 1955, s.64.
Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.92-93, 160-161. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfərQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.93, 161, 1987-ci ildə 800 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995, s.356-357 yalnız azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Toponim qıpçaq türk tayfasından olan qov etnoniminəГлинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990, s.55 -uş və -uq şəkilçilərinin artırılması ilə düzəlmişdir.
Qov türk etnonimi Sabirabad, Tovuz rayonlarındakı Qovlar, Xanlar rayonundakı Qovlarsan toponimlərində öz əksini tapırƏhmədov T.M. El-obamızın adları, Bakı, «Gənclik>, 1984, s.46. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Yermon qoyulmuşdur.
Coğrafiyası və iqlimi
Əhalisi 1988-ci ilə qədər azərbaycanlılar
1941/45-də həlak olanlar Abbasov Həsən D… oğlu, Abdullayev Ağəli Süleyman oğlu, Bayraməliyev Heydar İbrahim oğlu, Bağırov Lətif Bağır oğlu, Əsgərov Məmməd Xəlil oğlu, Rüstəmov Kamil İsmayıl oğlu, Muradov Surxay Məmməd oğlu, Muradov Mirzə Camal (Zaman) oğlu, Məmmədov Ağabəy Əsəd oğlu, Məmmədov Həsən Əsəd oğlu, Məmmədov Sarı Alı oğlu, Namazov Mahmud Əli oğlu, Nəcəfov Salman Şirin oğlu, Hümbətov Abdulla Əkbər oğlu, Hümbətov Firudin Ələkbər oğlu, Xudaverdiyev Vəli Rəhim oğlu,
Görkəmli şəxsiyyətləri Həsən Mirzəyev - filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar elm xadimi, professor. Vüqar Əsgərov - AMEA "Respublika Xatirə Kitabı" redaksiyasının böyük redaktoru, yazıçı, publisist.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri