Məzmun Film Sovet hakimiyyətinin 40 ili ərzində Azərbaycanın iqtisadiyyat sahəsində və mədəni həyatda qazandığı nailiyyətlər haqqındadır.
Filmdə Şərqin azad olunmuş qadını mövzusuna üstünlük verilmişdir. Burada biz Natəvanın heykəl portretini, rəssam Əzim Əzimzadənin rəsmlərini, xoreoqrafiya məktəbinin gənc balerinalarını, "Sevil" operasından bir səhnəni, "Çinar" rəqs ansamblını, professor Umnisə Musabəyovanı, məşhur pambıqçı Şamama Həsənovanı, şairə Mirvarid Dilbazini görürük.
Neft Daşlarında yanğının söndürülməsi epizodu da filmə daxil edilmişdir. Xalqlar dostluğu mövzusu filmin ana xəttini təşkil edir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov, Əlibala Ələkbərov, Vladimir Zbudski Səs operatoru: Əziz Şeyxov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Kateqoriya:1960-cı ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı sənədli filmlər Kateqoriya:Tarixi filmlər