"Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyası (qısaca "Simurq" AMA) — Azərbaycan Respublikasında mədəniyyət sahəsində yeni tipli çoxsahəli ilk qeyri-hökumət təşkilatıdır.

Yaranma tarixi 1990-cı ilin aprelində respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü ilə yaranan Assosiasiya Azərbaycanda sosial-mədəni inkişafa, demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşması, respublikanın sivil beynəlxalq birliyə inteqrasiyasına öz töhfəsini vermək kimi nəcib bir məqsədə xidmət edir. Assosiasiyanın nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 1990-cı il tarixli 374 N-li qərarı ilə qeydiyyatdan keçmişdir.

Assosiasiyanın rəmzi

"Simurq" – Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. Simurq rəmzi qartalabənzər quş haqqında qədim avraasiya əfsanəsi ilə sıx bağlıdır. Bu əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirmişdir. Simurq öz mə’nasına görə Allahın xeyipxahlıq və ölkənin çiçəklənməsinin qədim rəmzi olan, həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın kainat simvolu kimi qəbul edilən səkkizgüşəli ulduza çox yaxındır.

Təsisçiləri və üzvləri "Simurq" Mədəniyyət Assosiasiyası öz sıralarında könüllü əsaslarla 40-a yaxın kollektiv və yüzlərlə fərdi üzvləri birləşdirir. Assosiasiyanın üzvləri Azərbaycanda hərtərəfli dünyagörüşünə malik olan insan və ictimai inkişafı təmin edən maarif və təhsil, elm, təbabət, ekologiya, incəsənət, iqtisadiyyat, sosial idarəetmə, informasiya, hüquq, beynəlxalq münasibətlər və digər mədəniyyət sahələrinin tərəqqisinə nail olmaq məqsədilə birgə fəaliyyət göstərirlər.

Assosiasiyanın rəyasət heyətinə istedadlı alim və mütəxəssislər, o cümlədən Azərbaycan EA-nın 5 akademiki və müxbir üzvü, onlarla professor, elmlər doktoru və namizədi, tanınmış müəllimlər, mədəniyyət və incəsənət xadimləri, həkimlər, diplomatlar, din xadimləri daxildir. İdarə heyətində həmçinin könüllü əsaslarla respublikanın qeyri-hökumət təşkilatlarının, elmi idarələrinin, ali təhsil müəssisələrinin, məktəb və nazirliklərin, yaradıcı ittifaq və fondların, mərkəz və istehsal müəssələrinin rəhbərləri də təmsil olunub.

Assosiasiyanın kollektiv üzv və təsisçiləri arasında – Elmlər Akademiyası, Alimlər İttifaqı, Neft Akademiyası, Bakı Dövlət Universiteti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Memarlar İttifaqı, Mədəniyyət Fondu, Sülh Fondu, Gənclər və İdman Nazirliyi, "Günəş" alimlərin xeyriyyə cəmiyyəti, Mühəndislər cəmiyyəti, "İnsan və mühit" Mərkəzi, "Sosial tərəqqi" cəmiyyəti və bir sıra başqa qeyri-hökumət təşkilatları var. Rəyasət heyətinin 22 üzvü respublikanın qeyri-hökumət təşkilatlarının liderləridirlər.

Strukturu: Prezident: Fuad Məmmədov; Vitse-prezidentlər: Maqsud Əliyev; Fuad Qasımzadə; Asəf Nadirov; Rafiq Əliyev; Arif Əziz; Ağadaim Ələkbərov.

Missiyası və məqsədləri

Assosiasiyanın missiyası Azərbaycanda sosial-mədəni tərəqqiyə, elmin, təhsilin və maarifin, ilk növbədə, kulturologiyanın inkişafına elmi yardım göstərmək; insanların yaradıcı həyat və fəaliyyətlərinin inkişafına kömək etmək məqsədilə, demokratik dövlətçilik mədəniyyətinin, şəxsiyyyət və liderlərin formalaşmasında kömək etmək; mədəni islahatlar vasitəsilə, milli mədəniyyət siyasətində İntellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin prioritet inkişafına nail olmaq; Azərbaycan elmi və mədəniyyətinin beynəlxalq miqyasda təbliğ etmək.

Assosiasiyanın əsas məqsədləri dünya mədəniyyəti və sivilizasiyasının tarixi inkişaf təcrübəsini sistemli kulturoloji metodla tədqiq edib, onun Azərbaycanın mütərəqqi, rəqabətədözümlü, sabit və təhlükəsis inkişafı üçün yaradıcı şəkildə istifadə etmək; ölkənin mədəni irsinin qorunması ilə yanaşı, cəmiyyətin modernləşdirilməsində dövlətə elmi yardım göstərmək.

Fəaliyyətin mahiyyəti və əsas istiqamətləri Çoxsahəli müstəqil dinamik qeyri-hökumət bir qurum kimi Assosiasiya Azərbaycanın demokratik inkişafında maraqlı olan milli və beynəlxalq təşkilatlarla partnyor münasibətlərin yaranmasına, habelə aktual beynəlxalq problemlərin həll olunmasında hökumətə yardımçı olmağa çalışır.

Assosiasiya sabit insan inkişafına yönəlmiş proqramlar və layihələrin hazırlanıb həyata keçirilməsi üçün dövlət qurumlarına və beynəlxalq təşkilatlara peşəkar yardım göstərə bilən alim və mütəxəssislərdən ibarət olan güclü mobil şəbəkəyə malikdir.

Assosiasiyanın "Beyin mərkəzi", müasir sistemli texnologiyalara əsaslanaraq, dövlət quruculuğu və beynəlxalq münasibətlər səhəsində optimal siyasi qərarların qəbul olunması üçün elmi əsaslanmış ekspert-analitik materiallar, ictimai inkişaf modelləri və texnologiyaları, proqnozlar və təkliflərin işlənib hazırlanmasında dövlət sifarişlərini yerinə yetirməyə qadirdir.

Assosiasiyanın praktiki fəaliyyəti 12 departament tərəfindən həyata keçirilir. Departamentlər, arasında bir sıra tanınmış qeyri-hökumət təşkilatların liderləri olan, təcrübəli mütəxəssislər tərəfindən əlaqələndirilir. Departamentlərin əsas iş sahələri: təhsil, tərbiyə və maarif; kulturoloji və sosioloji tədqiqatlar, informasiya və mətbuat; iqtisadiyyat və sosial inkişaf; insan hüquqları, münaqişələrin həll olunması və sülhməramlı fəaliyyət; beynəlxalq əməkdaşlıq; ekologiya, təbabət və bədən tərbiyəsi; incəsənət; din və etika; qadınların inkişafı və gender tədqiqatları; gənclərin və uşaqların inkişafı; qaçqınlar və məcburi köçkünlərə yardım.

Assosiasiyanın fəaliyyətinin strateji planlaşdırılması, tanınmış alim, ruhi və maddi mədəniyyətin müxtəlif sahələrinin ekspertlərindən ibarət olan rəyasət heyəti tərəfindən həyata keçirilir.

Fəaliyyətin elmi əsasları Assosiasiyanın fəaliyyəti ruhi (əqli və mənəvi) mədəniyyəti insanın yaradıcı həyatı və fəaliyyəti kimi dərk edən müasir kulturoloji müddəa və metodologiyası üzərində qurulmuşdur.

Əvvəllər Azərbaycanın ictimai inkişaf yollarını müəyyənləşdirən marksizm-leninizmdən imtina edilməsi ilə əlaqədar Assosiasiya dünya mədəniyyət tarixinin, nəzəriyyəsinin və praktikasının nailiyyətlərinə əsaslanaraq mədəniyyət anlayışına yeni elmi münasibət formalaşdıran kulturoloji konsepsiya işləyib hazırlamışdır. Bu konsepsiyada mədəniyyətə insanın və cəmiyyətin mənəvi və sosial-iqtisadi inkişafının, dövlət quruculuğu və idarəetmənin əsasını və mahiyyətini təşkil edən bir fenomen kimi yanaşılır. "Simurq" öz fəaliyyətini, mədəniyyəti insanın intellekti, hissləri və fiziki əməyinin nəticəsində əldə olunan "ikinci, süni təbiət", insanın həyat və yaradıcılığının göstəricisi, nailiyyətləri və texnologiyaları kimi təsvir edən elmi baxış əsasında qurur.

Demokratik ölkələrdə qəbul olunmuş, "Simurq"un mədəniyyət müddəası Azərbaycan cəmiyyətinin inkişafında prinsipial mütərəqqi dönüşə nail olmasına və onun demokratikləşməsinə yönəlmişdir.

Assosiasiya 90-cı illərin əvvəllərindən etibarən daim fəaliyyətdə olan "Mədəniyyət və cəmiyyət" kulturoloji seminarın elmi rəhbəridir. 1990–2005-ci illərdə müxtəlif məqsədli fokus-qruplarla kulturologiya, təşkil və idarəetmə mədəniyyəti, vətəndaş cəmiyyəti mədəniyyəti və məsuliyyət mədəniyyəti, davamlı insan və sosial inkişaf , QHT üçün III sektor və fandreyzinq problemləri üzrə keçirilən 200-dən artıq respublika və beynəlxalq konfrans, interaktiv seminar və treninqlərin təşkilinə rəhbərlik etmişdir.

Nailiyyətləri Öz missiyasına uyğun olaraq, Assosiasiya müəyyən ictimai-faydalı fəaliyyəti həyata keçirir: Dünya mədəniyyətinin tarixi və qanunauyğunluqlarının elmi təhlili, habelə təbabət, ekologiya və başqa sahələrdə tətbiqi tədqiqatlar əsasında, Assosiasiya prinsipcə yeni kulturoloji biliklər əldə edib, onları Azərbaycan cəmiyyətində yayıb, elmi-maarifləndirici fəaliyyət aparır, yeni təhsil müəssisələri yaradır. Kulturologiya problemlərinə, mədəniyyətin insan və cəmiyyət inkişafında, dövlət quruculuğu və idarəetmədə olan roluna, Azərbaycan mədəniyyəti tarixinə, əhaliyə həkiməqədər tibb yardımı göstərməyə həsr olunmuş beynəlxalq və respublika simpozium və konfransların materiallarında, jurnal və qəzetlərdə onlarla məruzə və məqələlər dərc edilib, televiziya və radio ilə onlarla çıxışlar olunub, "Mədəniyyət və cəmiyyət" məcmuaları, kitablar nəşr edilib. Ruhi mədəniyyətin yüksək missiyasının yeni dərkinə Azərbaycanda nail olmaq üçün, Assosiasiya "Mədəniyyət və cəmiyyət" prolemi üzrə respublika və beynəlxalq miqyaslı daimi elmi-praktiki seminar keçirir. Seminarın işində görkəmli Azərbaycan və xarici alimlər və mütəxəssislər, diplomatlar, tələbələr, ictimai xadimlər iştirak idir. 90-cı illərin əvvəllərindən dünya və Azərbaycan mədəniyyətinin tarixi, nailiyyətləri və qanunauyğunluqlarının, mədəniyyətin ictimai inkişafın əsası kimi mahiyyətinin öyrənilməsinə, respublikada demokratik təfəkkürün və demokratik mədəniyyətin formalaşmasına yönəlmiş 24 belə seminar keçirilib. Seminarlar kulturoloji tədqiqatların, elmi maarifin inkişafına, dövlət institutları, qeyri-dövlət təşkilatları və siyasi partiyalarda təmsil olunmuş ziyalıların arasında açıq mədəni dialoq və bilik mübadiləsinə, xarici mütəxəssislər və diplomatlarla mədəni əməkdaşlığın inkişafına, mədəniyyətin sosial kapital kimi yeni imkanlarının dərk idəlməsinə kömək göstərir. Azərbaycan cəmiyyətinin maraq və tələbatları mövqeyindən çıxış edərək, Assosiasiya dövlət idarəetmə orqanlarına ruhi mədəniyyət və ruhi istehsalat sahəsində mütərəqqi islahatlara yönəlmiş bir sıra kulturoloji elmi konsepsiya və layihələr hazırlayıb təqdim etmişdir. Həmin layihələr Azərbaycanda təhsil və tərbiyə, elm və elmi maarifin qabağlayıcı inkişafını, insan inkişafı üstünlüyünü təmin edən mədəniyyət sahəsində yeni dövlət siyasətinin formalaşdırılmasına yönəlmişdir. BMT-nin Azərbaycandakı Təmsilçiliyinin Himayəsi ilə 1995-ci ildə Bakıda ilk Beynəlxalq Dünya mədəniyyəti Universiteti təsis edilmişdir. Mütəxəssislərin hazırlığı və yenidən hazırlığı üzrə Assosiasiyanın Akademik Kursları çərçivəsində yaradılmış "Şəfqət bacıları" və "Biznes" məktəbləri ev tibb bacısı-ekoloq və paramedik, biznesmen və menecerlərin bir neçə müvəffəqiyyətli buraxılışa nail olmuşlar. Azərbaycanda Üçüncü Sektorun formalaşmasına kömək məqsədilə də müəyyən iş aparılmışdır. "Aysar" Beynəlxəlq fondunun və "Çariti Nou Hau" Xeyriyyə fondunun jardımı ilə respublikanın bir neçə qeyri-hökumət təşkilatları üçün, onların işinin effektivliyinin və fəaliyyətinin əlaqələndirilməsinin artırılması məqsədilə 1996-cı ildə Bakıda xüsusi Məşvərət prosesi və seminar keçirilmişdir. Seminarın nəticəsində "Azərbaycan Respublikasında Üçüncü Sektor" mövzusunda hazırlanmış məruzə həmin ilin oktyabr ayında Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Beynəlxalq göruşdə muvəfəqiyyətlə təqdim edilmişdir. Eyni zamanda Assosiasiya Azərbaycanda Üçüncü Sektorun inkişafına dair öz təkliflərini hazırlayıb Respublikanın Prezidenti İcra Apparatına təqdim etmişdir. Bu təkliflərin 1997-ci ildə Bakıda BMT ilə birlikdə QHT Resurs və Təlim mərkəzinin yaradılmasında müəyyən rolu olmuşdur. 1999-cu ildə "Simurq" AMA, bir sıra başqa QHT-lərlə birlikdə QHT Forumunu təsis etmişdir. Assosiasiya Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əməkdaşlıqın möhkəmlənməsinə də kömək etməyə çalışır. Assosiasiyanın tərkibində 16 xarici fəxri üzvü var. Bunların arasında – Norveç, ABŞ, Rusiya, Almaniya, İraq, Böyük Britaniya, İsrail və başqa ölkələrdən görkəmli alimləri, publisistləri, diplomatları, ictimai xadimləri göstərmək olar. 1991-ci ildə Assosiasiya rəhbərliyinin Kosta Rikaya rəsmi səfəri, bu uzaq ölkə tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınmasına bir töhfə olmuşur. 1999-cu ilin noyabrında "Simurq" Bergendə keçirilən mədəniyyət siyasəti üzrə Beynəlxalq konfransda iştirak etmişdir. Konfransda edilmiş məruzə əsasında Assosiasiya Avropa Şurasının mədəniyyət siyasəti yzrə ekspertləri sırasına daxil edilmişdir. 2000-ci ilin oktyabrında Assosiasiya BMT-də keçirilmiş "Millennium" üzrə Beynəlxalq konfrasda uğurla çıxış etmiş, Ümumdüna Qeyri-hökumət Təşklatları Assosiasiyasına üzv qəbul edilmişdir. Assosiasiya 2000–2002-ci illərdə: