Robin Vilyams (; ) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı.
Həyatı Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi. O, daim onu güldürməyə çalışırdı.video: "Robin Williams – Inside The Actors Studio" , June 10, 2001
Ölümü Vilyams 11 avqust 2014-cü il tarixdə yerli vaxtla saat 11:55 radələrində Kaliforniya ştatının Paradise Cay şəhərində yerləşən evində ölü vəziyyətdə tapılmışdır. Onun ölüm səbəbinin asılaraq intihar olduğu müəyyən edilib. Vilyams Levi cisimcikli demensiyadan əziyyət çəkirdi, buna görə ağır depressiyaya düşmüşdü.
Barak Obama bildirmişdir ki, Vilyams "insan ruhunun hər bir hissəsinə toxunmağı bacara bilən bir aktyor" olmuşdur.
Filmoqrafiya Good Morning, Vietnam (1987) Ölü şairlər cəmiyyəti (1989) Hook (1991) Ələddin (1992) Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar (1995) Cumanci (1995) Ələddin və quldurların kralı (1996) Ağıllı Vill Hantinq (1997) Xəyallar hara gətirə bilər (1998) Süni intellekt (2001) İnsomniya (2002) Robotlar (2005) RV (2006) Happy Feet (2006) Muzeydə gecə (2006) Old Dogs (2011)
Xarici keçidlər
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Çikaqoda doğulanlar Kateqoriya:Kaliforniyada vəfat edənlər Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:Asfiksiya ilə intihar edənlər Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:Emmi mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Qızıl Qlobus mükafatı laureatı prodüserlər Kateqoriya:ABŞ televiziya aktyorları