Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi.

Məzmun Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Rəfael Salamzadə Səs operatoru: Kamal Seyidov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.

Kateqoriya:Naxçıvan haqqında filmlər Kateqoriya:2000-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Salnamə (film studiyası)