Mixail Yuryeviç Lermontov () — rus şairi, dramaturq, rəssam. Azərbaycanda olub, "Aşıq Qərib" dastanını qələmə alıbTƏQVİM 12–15 oktyabr .
Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov 15 oktyabr 1814-cü ildə Moskva şəhərində anadan olub.
1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.
Həyatı Lermontov 3 yaşında ikən anasını itirmiş və atası ilə ünsiyyətdən məhrum edilmişdir. Hakim dairələrə yaxın olan Bexmetovlar və Arsenyevlər ailəsinə mənsub babası və nənəsinin himayəsi altında tərbiyə almışdır. Şairin sonrakı taleyində də ana tərəfdən nənəsi Yelizaveta Alekseyevna Arsenyeva böyük rol oynamışdır. Nənəsinin himayəsi olmasaydı, Puşkinin qətlində birbaşa çarı və onun əhatəsini günahlandırdığı və ifşa etdiyi üçün daha sərt cəza ala və ya Sibirə sürgün edilə bilərdi. Moskva Universitetindən ayrılmış və Peterburqda hərbi məktəbdə təhsilini davam etdirmişdir. Uşaqkən 3 dəfə nənəsilə Qafqaza səyahət etmiş və 2 dəfə buraya sürgünə göndərilmişdir. Dostu S.Rayevskiyə yazdığı məktublardan məlum olur ki, şair Quba, Qusar və Şamaxını gəzmişdir.M.Y.Lermontov, Seçilmiş əsərləri, səh.4-7, Bakı-2005, Öndər nəşriyyatı
Yaradıcılığı thumb|Lermontov`un Moskva Universitetindən ayrılması üçün öz dəst-xətti ilə yazdığı müraciəti Ailə həyatı və ilk məhəbbətindəki uğursuzluqlar, Universitetdən çıxması və hərbi məktəbdə təhsilini davam etdirmək məcburiyyəti, zəmanəsindən və cəmiyyətdən inciklik şairin gələcək həyat və yaradıcılıq yolunu da müəyyənləşdirmişdir. Təsadüfi deyil ki, tənhalıq, gələcəyə inamsızlıq, zəmanə və mövcud cəmiyyətdən narazılıq və barışmazlıq motivləri Lermontovun həm erkən, həm də yetkin poeziyasında üstünlük təşkil etmişdir. Bu yönümdə Avropa və özündənəvvəlki rus ədəbiyyatından dəyərincə bəhrələnən şair rus romantik poeziyasına, romantik və realist nəsrinə yeni nəfəs gətirdi.M.Y.Lermontov, Seçilmiş əsərləri, səh.4, Bakı-2005, Öndər nəşriyyatı
"Təklik" şeri öz adıyla müəllifin tənhalığına işarədirsə, "Yelkən"də dumanlı və tufanlı dənizdə tənha qayıq obrazı gənc şairin prototipinə çevrilir. Məşhur "Borodino" və "Fikir" şeirlərində isə "tək qalmış" şairin təkcə özünün deyil, bütün yaşıdlarının şücaət və qəhrəmanlıqlara qadir olmadığı, onların gələcək taleyinin faniliyi vurğulanır. Şairin yetkin yaradıclıq nümunələri sayılan "Demon", "Maskarad" və "Zəmanəmizin qəhramanı" əsərlərinin baş qəhrəmanlarının insanlara qarşı yönələn mənfi enerjisi, gücü və onların faciəvi sonluğu onun lirikasının əsas leytmotivi olan bədbin hisslərin şair qəlbini əbəs yerə didmədiyini sübut edir, onun ilk şeirləri, poemaları, dramları və romanlarında qoyulan güclü insan probleminin həllində məntiqi və əsaslandırılmış finalın mövcudluğunu təsdiqləyir. Dekabristlərdən sonrakı gənc dvoryan nəslini təmsil edən və qəhramanlıq, əzmi ilə yaşayan cavanların nümayəndəsi kimi təqdim olunan şair 1841-ci ilə aid edilən "Peyğəmbər" və "Yola çıxıram" şeirlərində əbəs yerə canfəşanlıq etdiyini, bu həyatdan daha heç nə gözləmədiyini və vaxtsız qocaldığı üçün unudulmaq arzusunu etiraf etməyə məcbur olur. Şairin Qafqazda olduğu müddət ona əsl ilham mənbəyi olmaqla yanaşı, həm də gözəl və orijinal mövzu, ideya, süjet, motiv və xarakterlər bəxş etdi. Bestujav-Marlinski və Puşkindən sonra Qafqa reallıqlarını inandırıcı və incə şəkildə işıqlandıran və sələflərinə münasibətdə mövzuya daha dərindən bələdçilik nümayiş etdirən də Lermontov oldu.M.Y.Lermontov, Seçilmiş əsərləri, səh.4-5, Bakı-2005, Öndər nəşriyyatı
Roman Zəmanəmizin qəhrəmanı. Bu roman hələ 1908-ci ildə Azərbaycan türkcəsinə çevrilmiş və həmin romanın mövzusundan təsirlənən Abdulla Şaiqsə Azərbaycan həqiqətlərini əks etdirən "Əsrimizin qəhrəmanı" romanını yazmışdır.M.Y.Lermontov, Seçilmiş əsərləri, səh.8, Bakı-2005, Öndər nəşriyyatı
Pyes Maskarad thumb|Lermontov`un çəkdiyi Tiflis mənzərəsi( 1837-ci il, Tiflis)
Poemalar Qaçqın (çevirəni Məmməd Rahim); Dəniz qulduru (çevirəni Məmməd Araz); Qanlı (çevirəni Abbas Səhhət); Ölüm mələyi (çevirəni Nəbi Xəzri); Hacı Abrek (çevirəni Abbas Səhhət); Qafqaz əsiri (çevirəni Məmməd Rahim); Bastunci aulu (çevirəni Məmməd Rahim); Mtsıri (çevirəni Eyvaz Borçalı) Demon (çevirəni Rəsul Rza)
Mixail Lermontov 5 dil bilib: rus dili‚ alman dili‚ fransız dili‚ Azərbaycan dili‚ gürcü dili.
Rus şairi əvvəl Azərbaycanın maarifpərvər insanı Mirzə Fətəli Axundov ilə tanış olub. Mirzə Fətəli Axundov Mixail Yuryeviç Lermontovdan 2 il böyükdür. M. Lermontov M. F. Axundov ilə çox tez-tez ünsiyyətdə imiş. M. F. Axundov M. Lermontova Azərbaycan dilini öyrədib.
İstinadlar
Həmçinin bax Lermontovun ev-muzeyi (Qusar)
Xarici keçidlər Lermontov dueldə öldürülməyib — FAKT
Kateqoriya:Rusiya şairləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiyada vəfat edənlər Kateqoriya:Dueldə iştirak etmiş şəxslər Kateqoriya:Dueldə ölənlər Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:XIX əsr Rusiya rəssamları Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Romantisizm dövrü yazıçıları Kateqoriya:Rus şairlər Kateqoriya:Rusiya dramaturqları