Xəlilov Cabbar Əsədulla oğlu (9 may 1928-29 mart 1994) — Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru, professor, Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri.

Həyatı C.Ə.Xəlilov 1928-ci il mayın 9-da Quba rayonunda Alpan çayının (Quru çay) sahilində yerləşən Xucbala kəndində anadan olmuşdur. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir. Onun yeniyetməlik illəri II Dünya müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Bu zaman o, ilk əmək fəaliyyətinə başlamışdır. 1946-cı ildə Quba Pedaqoji məktəbinə qəbul olunmuş, 1947-ci ildə həmin məktəbdə təhsilini başa vuraraq elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.

C.Ə. Xəlilov 1952-ci ildə universitetdə arxeologiya ixtisası üzrə təhsilini başa vurmuş, professor Y.A. Paxomovun rəhbərliyi altında "Skif və sarmatlarda at dəfni və onların Azərbaycanda təsadüf edilmiş qəbirlərlə müqayisəsi" mövzusunda diplom işini müdafiə etmişdir. Onun arxeoloji çöl-tədqiqat işlərinə ilk dəfə cəlb olunması 1950-ci ilə təsadüf edir. Həmin ildə o, müəllimi məşhur arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələri kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında iştirak etmişdir. Hələ tələbə ikən onda təşkilatçılıq bacarığı üzə çıxmış və universitetdə təhsil almaqla yanaşı 1952-ci ildə o, Azərbaycan tarixi muzeyinin Arxeoloji texnologiya laboratoriyasına muzeyin direktoru S.M. Qazıyev tərəfindən müdir təyin edilmişdir.

1952-ci ildə C.Ə.Xəlilov Qafqaz arxeologiyası ixtisası üzrə əyani aspiranturada təhsil almaq üçün Moskva şəhərinə (Rusiya) SSRİ Elmlər Akademiyasının Maddi-mədəniyyət tarixi institutuna (indiki Rusiya EA Arxeologiya İnstitutu) ezam edilmişdir. 1955-ci ildə o, Moskvada Lenin mükafatı laureatı Y.İ.Kmpnovun elmi rəhbərliyi altında "Qərbi Azərbaycanın son tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müvəffəqiyyətlə keçən müdafiədə o zaman SSRİ Dövlət mükafatı laureatı, sonralar isə akademik olan B.B. Piotrovski, hal-hazırda Rusiya EA Arxeologiya institutunun direktoru, Rusiya EA müxbir-üzvü R.M. Munçayev rəsmi opponentlər kimi çıxış etdilər. Aspirantura illərində o, görkəmli Rusiya arxeoloqu A.A. İyessenin rəhbərlik etdiyi SSRİ EA və Azərbaycan EA-nın birgə Azərbaycan (Örən-qala) arxeoloji ekspedisiyasının tərkibində (1953-cü il) və habelə S.M. Qazıyevin rəhbərliyi altında Qazax rayonundakı Qazaxbəyli abidəsinin (e.ə. VIII-VI əsrlər) tədqiqatlarında (1954-cü il) iştirak etmişdir. Gədəbəy yaxınlığındakı Pir qalaçası siklop tikintisində apardığı kəşfiyyat qazıntısı (1954-cü il) C.Ə. Xəlilova ilk dəfə belə bir fikir irəli sürməyə imkan vermişdir ki, Azərbaycanın siklop tikililərinin bir qrupu daimi yaşayış məskənləri olmuşdur. Bu və digər elmi flkirlər alimin 1959-cu ildə nəşr etdirdiyi "Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri" kitabında öz əksini tapmışdır.

C.Ə. Xəlilov 1956-cı ildən etibarən Azərbaycan EA Tarix İnstirutunda I işləməyə başlamışdır. 1958-ci ildə Azərbaycan EA Rəyasət Heyəti C.Ə. Xəlilova "arxeologiya" ixtisası üzrə baş elmi işçi adını vermişdir. 1968-ci ildən ömrünün I sonunadək o, əsasını qoyduğu Çöl-tədqiqat işləri şöbəsinə rəhbərlik etmişdir. Azərbaycanın bütün bölgələrində arxeoloji, etnoqrafik ekspedisiyalarm təşkili və onların fəaliyyətinə nəzarət bu şöbənin səlahiyyətlərinə aid olmuşdur. Məhz C.Ə. Xəlilovun şöbə müdiri kimi fəaliyyəti dövründə arxeoloji ekspedisiyaların işini Azərbaycanın bütün bölgələrində təşkil etmək mümkün olmuşdur.

İnstitutda işlədiyi ilk illərdə o, İ.H. Nərimanovla birgə Qazax rayonundakı Qazaxbəyli (1956-cı il) və Sarıtəpə (1956-1957-ci illər) abidələrində, Q.M. Əhmədovla birgə Ağdaş rayonundakı alban dövrünə aid Çayboğazı (1957-ci il), Hacıqabul rayonunun Tava və Qubalı kəndləri ətrafındakı orta əsr abidələrində (1958-ci il) tədqiqatlar aparmışdır.

1957-ci ildə C.Ə.Xəlilov ilk dəfə arxeoloji ekspedisiya rəisi kimi fəaliyyətə başlamışdır. Həmin ildə o, Azərbaycan tarixi muzeyinin ekspedisiyasına başçılıq edərək Xızı rayonunun Altıağac kəndi yaxınlığında, orta əsr Dərəzarat və başqa abidələrdə arxeoloji tədqiqat işləri aparmışdır. Sonralar onun rəhbərliyi altında Azərbaycan EA Tarix, habelə Arxeologiya və etnoqrafıya instirutlarının Şamaxı (1958-1975-ci illər), "Azərbaycanın arxeoloji abidələrinin külliyyatı" (1976-1980-cı illər), Gəncə-Qazax (1981-1982-ci illər), Quba-Xaçmaz (1983-1994-cü illər) kimi iri ekspedisiyaları fəaliyyət göstərmişdir.

Sarıtəpə abidəsində e.ə. V-IV əsrlərə aid möhtəşəm bir saray qalıqlarının üzə çıxarılması və burada Əhəməni imperiyasmm canişinlərindən birinin iqamətgahının yerləşdiyinin müəyyən edilməsi, Şamaxı şəhəri yaxmlığındakı Xınıslı şəhərgahında qədim yunan müəllifı (II əsr) Klavdi Ptolemeyin xatırladığı Samexiya (Kamexiya) alban şəhərinin qalıqlarının aşkar edilməsi və beləliklə, Şamaxı şəhərinin 2400 yaşı olduğunun müəyyən edilməsi C.Ə. Xəlilovun əsas arxeoloji nailiyyətləri sırasına daxildir. 1958-1974-cü illərdə tədqiq olunmuş Xınıslı abidəsindən 3500-ə yaxın müxtəlif arxeoloji materiallar üzə çıxarılmışdır. Bunların arasında Qədim Romada istehsal edilmiş qızıl örtüklü qartal formalı sancaq, hun sənətinə aid qiymətli daşlarla bəzədilmiş qızıl örtüklü diadem, İran şahənşahının ov səhnəsini əks etdirən, İranda Sasani dövründə istehsal edilmiş qızıl suyuna çəkilmiş gümüş cam və digərləri əsil qiymətli incəsənət əsərləridir. Bu tapıntılar hal-hazırda Azərbaycan tarixi muzeyinin xüsusi fondunda mühafizə edilir.

Çöl tədqiqatları ilə paralel olaraq C.Ə. Xəlilov "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. IV – b.e. III əsrləri)" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. C.Ə. Xəlilovun bu mövzuya istiqamətlənməsi bəlkə də taleyin qisməti idi. Axı o, alban etnosunun adını qoruyub saxlamış Alpan çayın sahilində dünyaya göz açmışdı. O, mövzu üzərində işləyərkən tez-tez Dağıstana (Rusiya) səfərlər edir, alban dövrü arxeoloji abidələrində aparılan qazıntı işlərinin gedişi və əldə edilən materiallarla yerində tanış olurdu.

1974-cü ildə C.Ə. Xəlilov dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Sonralar bu işi yeni materiallarla zənginləşdirən alim 1985-ci ildə "Qafqaz Albaniyasının maddi mədəniyyəti" adlı kitabı nəşr etdirmişdir. C.Ə. Xəlilovun tədqiqatlarına qədər belə bir fikir hökm sürürdü ki, Albaniyada bir-birinə yad olan ayrı-ayrı tayfalar yaşamış və onlar özlərinə məxsus mədəniyyətlər yaratmışlar.

C.Ə. Xəlilov yeni konsepsiya işləyib hazırladı və müəyyən etdi ki, Albaniyadakı tayfalar eyni kökdən intişar tapmış və lokal variantlara malik vahid Alban mədəniyyətini yaratmışlar. Erməni tarixşünaslığının təsiri altında olan bir sıra sovet tarixçiləri çap etdirdikləri müxtəlif əsərlərdə albanların iqtisadi, ictimai və mədəni cəhətdən öz qonşularından geri qaldığını dəfələrlə təkrar edirdilər. C.Ə. Xəlilov tutarlı dəlillər gətirərək Azərbaycanın qədim sakinləri olan albanların Ermənistan və Gürcüstandakı qonşularından nəinki geri qalmadıqlarını, hətta əkinçilik, maldarlıq, saxsı məmulatı istehsalı, hərb sənəti və başqa sahələrdə Qafqazda ön mövqeyə sahib olduqlarmı təsdiq etdi. Hələ 1974-cü ildə doktorluq dissertasiyasının müdafiəsi zamanı C.Ə. Xəlilovun rəsmi opponentləri olan Ermənistan EA müxbir üzvü B.N. Arakelyan, Gürcüstan EA müxbir üzvü A.M. Apakidze bu yeni elmi nəticələrlə razılaşmalı olmuşdular. Sovet tarix kitablarında və xəritələrində erməni tarixşünaslığının təsiri altında belə bir fikir qəbul edilmişdi ki, guya Kür çayından cənubdakı Azərbaycan torpaqları əzəldən qədim Ermənistana mənsub olmuşdur.

C.Ə. Xəlilov sübut etdi ki, vahid alban arxeoloji mədəniyyəti Kür çayının hər iki sahilində təşəkkül tapmış və bu torpaqlar ən qədim zamanlardan Albaniyaya məxsus olmuşdur. Əsər haqqında Ümumittifaq Müəllif hüquqları agentliyinin bülletenində çap olunmuş elmi rəydə bu kitab "Qafqazın qədim dövlətinin yeni kəşfi" kimi xarakterizə edilmiş və xarici ölkələrdə çap edilmək üçün təklif olunmuşdur. Avropa elm dairələrində Qafqaz albanları və onların mədəniyyəti haqqında dəqiq məlumatın az olması bunu zəruri edirdi. Balkan ölkələrində mənbəyi bilinməyən belə bir məlumat yayılmışdı ki, guya Azərbaycanda son arxeoloji tədqiqatlar Balkan və Qafqaz albanlarının mədəniyyətləri arasında birbaşa əlaqələri aşkar etmişdir. Bunu 1989-cu ildə Yuqoslaviyanın "Galaksija" elmi jurnalının C.Ə. Xəlilova göndərilmiş sualları da təsdiq edirdi.

Şimal-Şərqi Azərbaycanın abidələri hələ 1958-ci ildən C.Ə. Xəlilovu özünə cəlb etmişdir. Azərbaycan arxeoloji abidələri külliyyatının tərtib olunması ilə əlaqədar təşkil edilmiş xüsusi ekspedisiya C.Ə. Xəlilovun rəhbərliyi altında 1976-1980-cı illər ərzində Quba, Qusar, Dəvəçi, Siyəzən, Xaçmaz rayonları ərazisində 200-dən çox abidə qeydə almış, onların çoxunda kəşfiyyat qazıntı işləri apararaq mədəni təbəqələrini müəyyən etmişdir. Şabran, Sandıqtəpə şəhərgahlarında, tunc və orta əsr dövrlərinə aid Sərkərtəpə yaşayış yerində aparılmış genişmiqyaslı arxeoloji qazıntı işləri Qafqaz arxeologiyasına öz əhəmiyyətli töhfələrini bəxş etmişdir. Sandıqtəpə abidəsində aparılan arxeoloji qazıntı işləri nəticəsində Quba şəhərinin IV-XIIII əsrlərdə burada yerləşməsi və beləliklə, Qubanın təqribən 1700 yaşı olduğu müəyyən edilmişdir. Bu tədqiqatların nəticələri bir sıra məqalələrdə, habelə f müştərək yazılaraq 1991-ci ildə nəşr edilmiş "Şimal-Şərqi Azərbaycanın arxeoloji I abidələri" kitabında öz əksini tapmışdır. Azərbaycanın arxeoloji abidələrinin I külliyyatının tərtibi sahəsində ilk əsər olan bu kitab həmin silsilənin digər cildləri üçün nümunə rolunu oynaya bilər. Bu kitaba daxil edilmiş arxeoloji abidələrin l xronoloji çərçivəsi e.ə. III minillikdən b.e. XVIII əsrinədək olan təqribən 5000 illik I dövrü əhatə edir. Bunların sırasında Xucbala, Qüxuroba, Rustov abidələrinin I bölgənin etnik tarixinin öyrənilməsi baxımından, Canaxır abidəsinin isə alban şəhər I mədəniyyəti probleminin araşdırılması baxımından mühüm əhəmiyyəti vardır.

1981-1982-ci illər ərzində köhnə Gəncə şəhərgahında apardığı arxeoloji qazıntı işləri nəticəsində C.Ə. Xəlilov şəhərin IX əsrdən XVII əsrədək olan dövrə I aid mədəni təbəqələrini və qiymətli sənət nümunələrini üzə çıxarmışdır. Bunların I sırasında Çində istehsal edilmiş və üzərində heroqlif yazılar olan çini qabları xüsusi I qeyd etmək lazımdır.