Ağabala xan Sərdari-Əfxəm — Qacarlar dövlətinin daxili işlər naziri, Gilan əyalətinin valisi.

Həyatı

Əsl adı Mirzə Məhəmmədəli xandır. Moini-nizam ləqəbini daşıyırdı.

Ağabala xan vəliəhd Müzəffərəddin mirzənin yanında tədricən inkişaf edərək 1883-cü ildə sərhəng (polkovnik), 1885-ci ildə isə mirpənc (general-leytenant) rütbələrinə yiyələnir.

Ağabala xan 1891-ci ildə vəkilüddövlə ləqəbinə layiq görülür. Sənaye naziri və Topxana (artilleriya) rəisi Cahangir xan vəfat etdikdən sonra Ağabala xan onun vəzifələrinə sahib olurBamdad, I cild, s.184.

Ağabala xan Sərdari-Əfxəm 1907-ci ildən sonra Gilan əyalətinə vali təyin olunmuşdu. 1909-cu ildə "Səttar xan adına komitə"nın fəalları Rəştdə üsyan qaldırdılar. Vali Sərdari-Əfxəm öldürüldü.М. С. Иванов, Очерк истории Ирана. М.: 1952, стр.234.

Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Mücəzat təşkilatı və Hüseyn Lələ

Kateqoriya:İran nazirləri Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Gilan hakimləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri