Fritaun () — Syerra-Leonenin paytaxtı və ən böyük şəhəri. Dəniz səviyyəsindən hündürlüyü 26 metrdir. Şəhərin əsası leytenant Con Klarkson və azad edilmiş amerikalı qullar tərəfindən 11 mart 1792-ci ildə qoyulmuşdur.

Fritaun Atlantik okeanı sahilində yerləşən ən əhəmiyyətli liman şəhərlərindən biridir və tonnajından asılı olmayaraq eyni anda 240 gəmini qəbul edə bilər.

Əhalisi Əhalisi 862 419 nəfərdir. Şəhərin şərq hissəsində yerləşən nizamsız salınmış yaşayış məntəqələri ilə birlikdə əhalisi milyon yarıma çatır.

İstinadlar

Kateqoriya:Syerra-Leone şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları Kateqoriya:1792-ci ildə yarananlar Kateqoriya:11 martda yarananlar Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:Atlantik okeanın limanları