Məzmun Film futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuşdur. Filmdə ən nadir arxiv materiallarından və futbol üzrə 8-ci Dünya çempionatını əks etdirən kino kadrlarından istifadə edilmişdir. Həmin yarışlardan birində Tofiq Bəhramov çempionatın baş mükafatı olan "Qızıl İlahə"yə sahib olmuşdur.
Tamaşaçının diqqət mərkəzində olan oyunun hakimi meydanda çox böyük iş görür, oyunu idarə edir, bəzən oyunçunu sakitləşdirməli olur... Filmdə bütün bunlardan danışılır. T. Bəhramovla müsahibə də filmə daxil edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Oqtay Babazadə Ssenari müəllifi: Nicat Rəhimov, Nadejda İsmayılova Operator: Aydın Axundov, Gennadi Pastuşkov Səs rejissoru: Ələkbər Həsənzadə
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Tofiq Bəhramov haqqında filmlər Kateqoriya:1966-cı ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Azərbaycanın idman haqqında filmləri Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri