Qarağac küçəsində qarabasma () – 1980-cı illərin məşhur qorxulu, sleşer filmlərindən biridir. Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir. "Qarağac küçəsində qarabasma" filmi 1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır.
Filmin B filmləri kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır. Filmin büdcəsi 1,8 milyonQarağac küçəsində qarabasma filminin büdcəsi haqqında məlumat Yoxlanılıb: 24 sentyabr 2014, gəliri isə 25,5 milyon ABŞ dollarıdır.Box Office Mojo Yoxlanılıb: 24 sentyabr 2014 Bu film tənqidçilər tərəfindən müsbət qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və filmlər çəkilir.Kinopoisk.ru saytında filmin büdcəsi haqqında Yoxlanılıb: 24 sentyabr 2014 Bu film qorxu filmi janrında çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər. Filmdə insanların yuxu dəhşətini yaradan qorxunc Freddi Krügerdən danışılır. Freddi insanları yuxuya çəkərək, onları dəhşətli formada öldürür. Bunu başa düşən Nensi isə onunla mübarizə aparmağa başlayır.
Filmdə Robert Enqlund, Conni Depp, Nik Korri, Con Sekson kimi aktyorlar, Amanda Uiss, Hezer Lencenkemp, Roni Blekli kimi atrisalar iştirak edir. Bu film Conni Deppin çəkildiyi ilk film olmuşdur. Film çəkiləndən sonra bütün film heyətləri, aktyorlar və aktrisalar böyük məşhurluq qazanmışdılar. Filmdə iştirak edən Nik Korri daha çox "Hyu Qarsiya" adı ilə məşhurdur.
Filmin əsas şüarı Onun adı Freddidir. Freddi Krüger ()
Məzmun
Hadisələr Ohayo ştatının Sprinqvud şəhərinin Qarağac küçəsində baş verir. Bu küçədə yaşayan insanlar qorxulu yuxu görürlər. Onlar çirkin üzlü, çirkin şlyapalı və əlində iti ucları olan əlcəkli bir adamın onlara yaxın gəldiyini görürlər. Yuxuda olan adamların bəziləri sağ qalır, bəziləri isə yuxuda olan zaman ölürlər…
Bıçaqları olan bir əlcək geyinən çirkin insan tərəfindən qaranlıq bir alov qazanı dairəsində izlənilməkdədir. Tam tutulduğu zaman Tina qışqıraraq oyanır. Amma Tina bundan əvvəlki gecələrdə də həminki yuxunu görmüşdür. Ertəsi gün məktəb yoldaşı Nensinin də eyni yuxunu gördüyünü öyrənir. Həmin gecə Nensi və məktəb yoldaşı Qlen Tinanın özünü daha yaxşı hiss etməsi üçün orada qalmağa qərar verərlər. Daha sonra Tinanın ağıldan məktəb yoldaşı Rod onlara qatılır. Rod və Tina birlikdə yataq otağına çəkilirlər. Tina yuxuya getdiyində kabus görməyə başlayır. Yuxuda bu səfər çirkin adam Tinanı tutur və doğramağa başlayır. Tinanın yataqda təpinməsiylə Rod oyanır. Tinanın görünməz bıçaq tərəfindən qarınının deşildiyini və tavana doğru süründürüldüyünü görür. Otaqda başqa kimsə olmadığı üçün bunu Rodun etdiyindən şübhələnirlər və sabahısı gün isə Rod polislərdən qaçmağa başlayır. Rod polislərdən qaçsa da, onu Nensinin atası leytenant Donald Tompson həbs edir. Lakin tutulan zaman Rod günahı boynuna almır və deyir ki, otaqda başqa biri də var idi.
Tinanın ölümündə sonra Nensi üç dəfə dəhşət verici kabus yuxusu görür. Hamısında da Tinaya hücum edən qorxunc adam vardır. Nensi sonuncu dəhşətli yuxusundan sonra Tinanın necə öldürülməsi haqqında Rod ilə danışmaq üçün həbsxanaya gedir. Rod gördüyünü yuxuları və Tina haqqında izah edəndə Nensi kabus yuxularındakı çirkin adamın Tinanı öldürdüyünü anlamağa başlayır.
Nensi Tompson evdə yatan zaman yuxuda çirkin bir adamın Rodun üzərinə necə gəldiyini görür. Nensi yuxudan ayılandan sonra bu barədə Qlenə xəbər verir. Gecə vaxtı Nensi və Qlen Rodun qaldığı həbsxanaya gedirlər. Artıq gec idi. Rod tavandan asılmış halda qalmışdı. Nensidən başqa hamısı, hətta Qlen də Rodun intihar etdiyini düşünürlər. Nensi başa düşür ki, məktəb yoldaşları Tina və Rodu həm Tinanın, həm də Rodun yuxuda gördükləri çirkin adam öldürüb.
Rodun ölümündən sonra Nensinin anası Marc Tompson onu yuxu pozulması üzrə klinikaya aparır. Nensi klinikada yatan zaman yuxuda həminki çirkin adamı görür və onunla mübarizə aparır. Həkimlər Nensini ayıltdıqdan sonra Nensinin çarpayısında bir papaq və Nensinin qolunda bir kəsik peyda olur. Nensi yuxuda mübarizə aparan zaman çirkin adamın başındakı papaq çarpayıya düşmüşdür. Bu hadisədən sonra Nensi bu barədə anası Marca danışır. Nensi anasına bu barədə xəbər verəndə anasının nədənsə narahat olduğunu başa düşür. "Çirkin adam" adını çəkəndə isə anası Marc "O artıq ölüb" deyərək bundan kifayətlənir. Amma anası Marc bu barədə bildiyi hər şeyi Nensidən saxlaya bilmir. Məlum olur ki, əvvəllər 20-dən uşağın və insanların yuxuda ölümünə səbəb olan bu çirkin adamın adı Freddi Krügerdir. Məhkəmədə Freddiyə qarşı dəlil olmadığından, sərbəst azadlığa buraxılır. Lakin Freddinin valideynləri onu cəzalandırmaq üçün özləri qərar qəbul edirlər. Onlar Freddini içi alovlu olan qazanın içinə ataraq, öldürürlər. Nensi bu barədə Qlenə xəbər verir. Onlar birlikdə Freddini öldürmək üçün bir plan qururlar. Lakin Qlen yuxuya gedir və yuxusunda öldürülür. Qlenin ölümündən sonra Nensi başa düşür ki, o yeganə adamdır ki, Freddini qarşısını ala bilər. Nensi Freddi üçün tələ hazırlayıb onu yuxudan çıxarır. Freddi yuxudan çıxan zaman Nensinin anasını boğmaq istəyir. Nensi və onun atası anasının otağına girən zaman Freddi yox olur. Lakin Freddi Nensinin onun üçün qurduğu hiyləgər tələsinə düşür və Nensi onu yandıraraq öldürür. Bu hadisədən sonra Nensi həmişəki kimi dostları ilə birlikdə məktəbə gedir. Filmin sonu müxtəlif variantlarla bitir.
Rollarda
Maraqlı faktlar Bu film çəkilməmişdən əvvəl New Line Cinema kompaniyası krizis içində idi. Tina adı filmdə 39 dəfə təkrar edilir.Artículo de Scientific American Yoxlanılıb: 24 sentyabr 2014 Adolf Hitler üçün İkinci dünya müharibəsi illərində cavan əsgərləri hazırlayan generalın adı Freddi Vihelm Krüqer olub. Bundan Freddi rolunu ifa edən Robert Enqlund xəbərsiz idi. Rodun rolunu ifa edən Nik Korri "Hyu Qarsia" adı ilə məşhur olub. Film cəmi 30 günə çəkilib. Freddinin əlində olan əlcək Qarağac küçəsində qarabasma 2: Freddinin qisası filmində də var idi. Lakin film çəkiləndən sonra oğurlanmışdır. Qarağac küçəsində olan evin sahibi Enci Hill aktyorlardan çox razı qalmışdır. Lakin evin nömrəsini (No:1428) kimsə oğurlamışdı. Qarağac küçəsində ABŞ prezidenti Con Kennedi öldürülmüşdür. Ues Kreyvenin (filmin rejissoru) məktəb yoldaşını Freddi adı ilə çağırırdılar. Ona görə ki, o, sinifdə hamısını ələ salırdı. Tibb bacısı rolunu ifa edən aktrisa Mimi Kreyven əslində bu film rejissoru Ues Kreyvenin həyat yoldaşıdr. Film iştirak edən aktyorların heç biri "Qarağac" küçəsi adını işlətmir. Filmin gəliri $25,5 milyon dollardır. Filmin büdcəsi $1,8 milyon dollardır. Nensi Tompson rolu üçün 200 aktrisadan (Demi Mur kimi məşhur aktrisadan) yalnız Hezer Lencenkemp seçilmişdir. Nensi yatmamaq üçün Qorxunc ölülər filminə baxır. Əslində bu "Qorxunc ölülər" filminin reklamıdır. Filmin sonuna yaxın Nensi rolunu ifa edən Hezer Lencenkemp Freddidən qaçan zaman ayağını əzmişdir. Nensi Tompsonun vanna qəbul etməsi səhnəsi 12 saata çəkilmişdir. Həmçinin, Robert Enqlundun əlləri vannada 12 saat qalmışdır. Ues Kreyven Şon Kanninqemə Cümə, ayın 13-ü filmini çəkmək üçün ona kömək etmişdir. Şon Konnenqem də öz növbəsində ona filmi çəkmək üçün yardım göstərmişdir. Ues Kreyven qəzetdəki uşaqların yuxuda ölməsindən ilhamlanaraq filmin ssenarisini hazırlamağa başlamışdır. Qlen yatmamışdan əvvəl, televiziya kanalı öz adını deyir: KRGR (KRQR). Bu ifadəni oxuyan zaman bəlli olur ki, ifadədə Freddi Krügerin soyadı vardır. Nensi Qlen ilə danışarkən deyir: "Amanallah, mən bütün 20 görsənirəm". Filmdə həqiqətən də, Hezerin 20 yaşı olur.
Filmin hazırlanması
Ərəfə
"Bu LA Times məqalələrindən idi, immiqrasiya edən ailələrdən olan və qarabasmaların ortalarında ölmüş, Cənub-Şərqi Asiyadan gələn adamlar haqqında üç kiçik məqalə və kağız heç vaxt əlaqəli deyildi və qarabasmaların ortalarında ölmüşlərdən heç vaxt deyilmədi, "Hey, biz bu kimi başqa hekayəyə malik olmuşuq"" — Film yaradılan zaman Ues KreyvenWes Craven on Dreaming Up Nightmares Yoxlanılıb 22 Noyabr, 2007 Filmindəki fikrin ifadəsi, rejissor Ues Kreyvenin uşaqlığında da ola bilər. Ues Kreyven "LA Times" qəzetindəki müxtəlif məqalələrdən ilhamlanaraq filmin məzmununu yaratmışdır. "LA Times" qəzetində Amerikaya qaçan bir qrup Kambocalı mühacirdən bəhs edilirdi. Mühacirlərin uşaqları qorxunc kabuslar görürdülər və yata bilmirdilər. Tibbi müalicələrinə başlanan zaman uşaqlar yatdıqdan qısa müddət sonra öldülər. Buna əlavə olaraq bir gecə, gənc Ues Kreyven pəncərədən yaşlı bir adam gördü. Adam dayandı və Ues Kreyvenə baxdı. Sonra da çıxıb getdi. Bu adam Freddi Krüger yaratmaq üçün bir ilham qaynağı olmuşdur.DVD Revire ; Yoxlanılıb 2 Noyabr, 2007.
Ues Kreyven ayrıca filmin anlayışını şərq dinləri üzərində çalışaraq inkişaf etdirdiyini ifadə etmişdir. Başqa qaynaqlar isə 1968-ci ildə Ues Kreyven Klerkson Universitetindəki şagirdlərinin etdiyi bir film proyektindən təsirləndiyini söyləyir.Və Potsdam, Nyu-Yorkda Qarağac Küçəsində çəkilmişdi. Filmdə Potsdam şəhərinin adı tərsdən yazılaraq Madstop olaraq dəyişdirilmişdi. Ayrıca, təsadüfən olaraq, 1957-ci ildə 3 uşağın qatili olaraq həbsə atılan, Kanadalı qatil Piter Vudkok, 1982-ci ildə adını rəsmi olaraq "Devid Maykl Krüger" olaraq dəyişdirmişdi. Psixiatrik xəstəxanaya göndərilən Vudkok, burada dördüncü cinayətini işləmişdir. Bununla birlikdə Ues Kreyven, Freddi Krügerin xarakterinin bu qatillə əlaqəsi olmadığını söyləmişdir. Kreyven, bu adın uşaqlıq illərindən gəldiyini ifadə edir. Məktəbdə Freddi Krüger adlı bir uşaq tərəfindən narahat edilən Kreyven, xarakterin adının buradan gəldiyini söyləyir. Ayrıca daha əvvəlki filmində (Soldan axırıncı ev, 1972) təcavüzçünün adı Krüger idi.Qarağac küçəsində qarabasma Pitofhorror.com saytında, Yoxlanılıb: 24 sentyabr 2014Caso del "Síndrome de la muerte asiática" Yoxlanılıb: 24 sentyabr 2014Relaciones con la localidad de Postdam Yoxlanılıb: 24 sentyabr 2014
Ues Kreyven, Freddi Krüger görünüşünü uşaqkən özünü qorxutmaq üçün deyilən qırmızı-yaşıl süveterli evsiz bir adama oxşatmışdır. Başlanğıcda uşaq istismarçısı olaraq düşünülən xarakter daha sonra uşaq qatili olaraq dəyişdirilmişdir. Ues Kreyven filmin ssenarisini 1981-ci ildə yazmağa başladı. Ssenarini müxtəlif film şirkətinə təqdim edir. Kompaniyaların hamısı isə fərqli səbəblərlə bağlı olaraq filmin çəkilməsini öz öhdəliklərinə götürməmişdilər.A Nightmare on a Elm Street (DVD, 2001) Yoxlanılıb: 24 sentyabr 2014 Hətta ssenari uşaqlar üçün müxtəlif cizgi filmləri hazırlayan məşhur kompaniya olan Volt Disneyə də təqdim edilmişdir. Paramount Pictures isə bu ssenarinin həmin müddətdə çəkdiyi Yuxudan qaçma filmiylə bənzərlikləri olduğundan Ues Kreyvenin filmini çəkməkdən imtina etmişdir. Sonda film New Line Cinema adlı yeni, müstəqil bir şirkət tərəfindən qəbul edildi. Bu filmin şirkət tarixində əhəmiyyətli yeri vardır. Bu zaman kompaniya krizis içində idi. Filmin az büdcəli filmlər siyahısına daxil olacağı təsəvvür edilirdi. Lakin filmin istehsalı başlandıqdan sonra ABŞda ümumi gəliri $25,5 milyon ABŞ dolları olur. Bu məbləğ isə az büdcəli film üçün böyük uğur idi. Bu səbəbdən film New Line Cinema studiyasının "Freddinin düzəltdiyi ev" olaraq xatırlanmasına səbəb olmuşdur.Wes Craven interview at Twitch Film Yoxlanılıb: 24 sentyabr 2014House of Horrors Yoxlanılıb: 22 Noyabr, 207.
Çəkiliş