Məzmun Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir.

Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Elçin Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Mahnının mətni: Eldar Baxış Mahnı ifa edən: Flora Kərimova Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur) Rəssam: Hüseyn Cavid İsmayılov Montaj edən: Nisə Hacıyeva Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi) Direktor: Faiq Abdullayev

Filmi səsləndirənlər Eldəniz Rəsulov — top (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur) Həmidə Ömərova — Humay (Titrlerde yoxdur)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Uşaq filmləri