Potsdam ( ) — Almaniyanın şərqində Brandenburq torpağında yerləşən şəhər. Brandenburq torpağının paytaxtıdır. Hafel çayının sahilində və bir biri ilə birləşmiş göllərin yaxınlığında yerləşir. Berlin şəhərindən 20 km cənub-qərbə yerləşir. 1945-ci ildə Potsdam konfransı bu şəhərdə keçirilmişdir.
1918-ci ilə qədər Prussiya kralları və Alman imperatorları üçün kurort ərazi idi.The Potsdam project, 1996, HRH The Prince of Wales, Charles; Hanson, Brian; Steil, Lucien; Prince of Wales's Urban Design Task Force; Prince of Wales's Institute of Architecture, Prince of Wales's Institute of Architecture, 1998, Introduction.
Almaniyada yerləşən ən böyük Ümumdünya irsi abidəsi olan Sansusi sarayı bu şəhərdə yerləşir. Potsdamın cənub-şərq hissəsində yerləşən Babelsberq 1930-cu illərin əvvəllərində Almaniyada və bütün Avropada əsas film istehsalı studiyası olmuşdur. Bu kinostudiya dünyanın ən qədim genişmiqyaslı film studiyası hesab olunur.
Potsdam XIX əsrdən etibarən Almaniyanın elm mərkəzi kimi inkişaf etməyə başladı. Hazırda şəhərdə üç ictimai kollec, Potsdam Universiteti və 30-dan çox axtarış institutu fəaliyyət göstərir.
Coğrafiya Ərazidə son buzlaşma dövründən qalan moren təpə və tirələri mövcuddur. Hazırda şəhər ərazisinin dörddə üç hissəsi meşə və kolluqlardan, qalan dörddə bir hissəsi isə urbanizasiyalaşmış ərazidən ibarətdir.
Potsdam şəhəri və ətraf ərazilərdə ümumilikdə 20-yə yaxın göl və çay vardır. Şəhərin ən hündür nöqtəsi 114 metr hündürlüyündəki Kleyner Ravensberq yüksəkliyidir.
Potsdam yeddi tarixi əraziyə və 2003-cü ildə şəhərə birləşdirilən 9 yeni kəndə bölünmüşdür. Şəhərin bu bölgələri bir-birindən kifayət qədər fərqlənir. Şimalda və mərkəzdə tarixi binalar üstünlük təşkil etdiyi halda, şəhərin cənub hissəsi yeni tikilmiş binalardan ibarətdir.
İqlim Potsdam şəhəri dəniz iqlim tipində yerləşdiyinə görə, burada qış qarlı və soyuq, yay ayları isə sərin keçir. Qışda orta temperatur maksimum 3,5 °C, minimum isə −1.7 °C olur. Qış əsasən qarlı keçir. Yaz və payız fəsilləri qısa olur. Mülayim yay aylarında isə orta temperatur maksimum 23,6 °C, minimum isə 12,7 °C qeydə alınır.
Demoqrafiya thumb|1875–2020-ci illər ərzində gözlənilən əhali artımı.|325x325px
Potsdam: Əhali sayının dəyişməsi cədvəli İl Əhali1875 61 7191890 77 3011910 101 9501925 107 7341933 116 9471939 125 6641946 113 0351950 114 6631964 117 7111971 118 923 İl Əhali1981 139 7461985 146 7461989 149 0431990 147 2521991 146 4411992 146 1381993 145 6671994 145 2271995 144 1181996 143 151 İl Əhali1997 140 8801998 139 8231999 139 6952000 140 6682001 141 9072002 143 2462003 144 9792004 145 7072005 147 5832006 148 813 Year Population2007 150 8332008 152 9662009 154 6062010 156 9062011 157 6032012 159 4562013 161 4682014 164 0422015 167 745
Xarici vətəndaşlar Əhalisinin sayına görə, etnik azlıqlar: Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri Yer Ölkə Əhali (31.12.2017)11,97021,34031,05547905660
Qardaş şəhərlər Potsdam aşağıdakı şəhərlərlə qardaş şəhər statusu daşıyır: , Opole , Minsk , Bobini , Yuvaskulya , Lusern , Bonn , Orexovo-Zuyevo , Su Fols , Peruca
Həmçinin bax Almaniya Almaniya şəhərləri Potsdam konfransı
İstinadlar
Xarici keçidlər
Şəhərin rəsmi saytı Potsdam üzrə ekskursiyalar
Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:Almaniya torpaqlarının paytaxtları Kateqoriya:Potsdam Kateqoriya:VII əsrdə yaranan yaşayış məntəqələri