Məzmun Filmdə Güney Azərbaycanda demokratik hökumətin qurulmasından, Azərbaycan dilinin dövlət dili elan olunmasından, ana dilində məktəblərin açılmasından, milli filarmoniyanın təşkilindən və digər milli əhəmiyyətli dövlət islahatlarından danışılır. Eyni zamanda filmdə SSRİ-nin İran əhalisinə etdiyi mənəvi və iqtisadi yardımdan bəhs edilir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Əbdül Həsənov Operator: Seyfulla Bədəlov Diktor mətninin müəllifi: Ənvər Məmmədxanlı Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Ağahüseyn Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.

Kateqoriya:Cənubi Azərbaycan haqqında filmlər Kateqoriya:1945-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər