Tofiq İbrahimov (tam adı: Tofiq Hüseyn oğlu İbrahimov; ) — Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı (2012–2024).
Həyatı Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Azərbaycan Respublikasının Qəbələ şəhərində anadan olmuşdur. 1970-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universitetini), sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmişdir.
Ailəlidir, üç övladı var.
Siyasi fəalliyəti Tofiq İbrahimov 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, Azərbaycan Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İstinadlar
Kateqoriya:Lənkəran Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ağdaş Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Qəbələ Rayon İcra Hakimiyyətinin başçıları