"Kazbek" qutusu — 1958-ci ildə Bakı kinostudiyasının istehsalı olan SSRİ qısametrajlı komediya filmi.
Məzmun Mənzil-istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir. O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır. Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır. Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır. Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır.
Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Məhərrəm Əlizadə Rejissor: Rəşid Atamalıbəyov Operator: Mirzə Mustafayev Rəssam: Nadir Zeynalov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Sabir İsgəndərov Rejissor assistenti: Əsgər İsmayılov Operator assistenti: Tofiq Sultanov (T. Sultanov kimi) Montaj üzrə assistent: A. Filimonova Filmin redaktoru: N. Sadıxov Filmin direktoru: A. Şuşkin Çalır: Estrada Orkestri Dirijor: Q. Krupkin
Rollarda Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov Münəvvər Kələntərli-Məmişovun arvadı Əzizə Məmmədova-Qarı M. Babayeva-Süpürgəçi Müxlis Cənizadə-"Kirpi" əməkdaşı Tələt Rəhmanov-Tələbə Əliyev S. Piriverdiyeva-Katibə Əhməd Əhmədov (Əhməd Ruminski kimi)-Rəngsaz Nazim Yüzbaşov-Şikayətçi Lütfəli Abdullayev-At yarışındakı adam Fərhad İsmayılov-Məmişovun oğlu
Filmi səsləndirənlər Hüseynağa Sadıqov-Tələbə Əliyev (Tələt Rəhmanov) Məmməd Sadıqov-Rəngsaz (Əhməd Əhmədov)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1958-ci ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri