Böyük Kolumbiya () və ya Kolumbiya Respublikası () – Venesuela, Yeni Qranada Respublikası və Ekvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir. Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada Respublikası və Ekvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.

İstinadlar

Kateqoriya:1819-cu ildə yarananlar Kateqoriya:Tarixi respublikalar Kateqoriya:Panamerikanizm Kateqoriya:Kolumbiya tarixi Kateqoriya:Ekvador tarixi Kateqoriya:Panama tarixi Kateqoriya:Venesuela tarixi Kateqoriya:İrredentizm