Direktoriya, Fransa Direktoriyası (; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət () icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası () tərəfindən irəli sürülür və Ansionlar Şurası ( Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti () olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi () seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171). Direktoriya iclasının yetərsayı üçün 3 üzvünün iştirakı vacibdir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 142).

Direktoriya üzvüləri

İlk seçkidə seçilmiş Direktoriya üzvləri: Luis Mari de Larevelyer-Lepo Şarl Lui Fransua Onore Leturner Jan Fransua Rebel Emmanuel Jozef Siyes Paul Jan Fransua Nikola Barras Siyes imtina etdiyinə görə onu Karno əvəz etmişdir. Bir il sonra Leturner Direktoriyanı tərk etdiyindən yerini Bartelemi tutur. 4 sentyabr 1797 ci ildə 18 fruktidor çevrilişindən sonra Bartelemi və Karno mühakim olunanlar sırasına düşdüklərindən Merlen və Fransua de Neşto ilə bir ildən sonra sonuncu Trelyar əvəz etmişdir. Daha bir il sonra Rebel 18 iyun 1799 cu ildə növbəti (30 prerial VII il) çevrilişdən sonra Trelyarın (13 ay sonra) seçkisi ləğv olunur, Larevelyer və Marlen istefa vermiş olurlar. Onları Qoye, Roje Dyuko və Mulen əvəz edirlər. Beləliklə 18 bryumer çevrilişinə qədər ilk Direktoriya üzvlərindən Siyes və Barras qalmış olur. 4 il ərzində Direktoriyanın tərkibi 13 üzv ilə dəyişmiş olur.

Barras, Paul Jan Fransua Nikola (1755—1829); üzvülüyü 1795—1799 Jan Fransua Rebel (1747—1807); üzvülüyü 1795—1799 Luis Mari de Larevelyer-Lepo (1753—1824); üzvülüyü 1795—1799 Lazar Nikola Karno (1753—1825); üzvülüyü 1795—1797 Şarl Lui Fransua Onore Leturner (1751—1817); üzvülüyü 1795—1796 Fransua Bartelemi (1750—1830); üzvülüyü 1796—1797 Lui Nikola Nyofşato (1750/56 — 1823); üzvülüyü 1797—1799 Filipp Antuan Merlen (1754—1838); üzvülüyü 1797—1799 Trelyar, Jan-Batist (1741—1810); üzvülüyü 1798—1799 Siyes, Emmanuel Jozef (1748—1836); üzvülüyü 1799 Qoye, Lui Jerom (1746—1830); üzvülüyü 1799 Mulen, Jan Fransua Oqyust (1752—1810); üzvülüyü 1799 Dyuko, Pyer-Roje (1747—1816); üzvülüyü 1799

Tarixi Fransada dövlət çevrilişi 1794-cü ilin termidor (iyul) ayının 9-da həyata keçirildiyi üçün hakimiyyəti ələ keçirən burjuaziya “termidor burjuaziyası” adlanırdı.Konventdə və hökumətdə termidorçular üstünlük təşkil edirdi. M.Robespyer hökumətinin devrilməsində iştirak etmiş sol yakobinçilərin çoxu Qvianaya sürgün edildi. 73 jirondist deputat Konventə qaytarıldı. Paris Kommunası ləğv edildi. 1794-cü ilin noyabrında Yakobin klubunun fəaliyyəti qadağan edildi. Yakobinçilər, xalq hərəkatının fəalları təqib edilirdi. Parisdə “qızıl gənclər” adlı silahlı dəstələr fəaliyyət göstərirdi. Lion, Nim və Marsel şəhərlərində yüzlərlə inqilab iştirakçısı ağ terrorun qurbanı oldu.

1794-cü ilin dekabrında Fransada “ərzaq maksimumu” ləğv edildi. Qiymətlər və inflyasiya artdı, əhalinin ərzaqla təchizatı pisləşdi. 1795-ci ilin yazında Paris əhalisi aclıqdan əziyyət çəkirdi. Əhali çörək mağazalarının qarşısında gecə növbələrinə dayanırdı. Fransada sosial təbəqələşmə daha da sürətləndi.

1795-ci ilin aprelin 1-də 10 min nəfər Paris zəhmətkeşi Konventin binasına hücüm edib dərhal aclığa qarşı tədbirlər görülməsini, 1793-cü il konstitusiyasının həyata keçirilməsini və həbs olunmuş vətənpərvərlərin azad edilməsini tələb etmişdi. Lakin silahsız xalqın çıxışı ordu tərəfindən asanlıqla yatırıldı. 1795-ci ilin mayın 20-də baş vermiş üsyanda Milli qvardiya batalyonları da iştirak etmişdi. Üsyançılar Konventin binasını ələ keçirmişdi. Konventdə qalan yakobinçilər üsyana rəhbərlik etməyə cəhd göstərdi. Hökumət Parisə 20 min nəfərlik qoşun gətirdi və üsyan yatırıldı. Ölümə məhkum edilən 36 nəfərdən 6-sı yakobinçilərin nümayəndəsi idi.

Termidorçu burjuaziya respublika quruluşunu qoruyub saxlamışdı. Ölkənin müxtəlif yerlərində baş verən royalist qiyamları hökumət qoşunları tərəfindən yatırılırdı.1795-ci ilin iyununda Bretana İngiltərə gəmilərindən çıxarılmış 748 mühacirdən ibarət desant (onlar ingilis əsgəri formasında idi) hökumət qoşunu tərəfindən məhv edildi. 1795-ci ilin oktyabrın 4-də 20 min nəfər silahlı kral tərəfdarı Konventin binasına hücum etdi. Royalist qiyamı N.Bonapartın başçılıq etdiyi hökumət qoşunları tərəfindən yatırıldı.

Fransa ordusu koalisiya qoşunlarına qarşı hərbi əməliyyatları davam etdirirdi. Hərbi əməliyyatlar qonşu ölkələrin ərazisində aparılırdı. 1795-ci ilin yanvarında Polşanın üçüncü bölüşdürülməsindən sonra Avstriya ilə Prussiya arasında ziddiyyətlərin kəskinləşməsi Fransanın xeyrinə idi. 1795-ci ilin aprelin 5-də Fransa ilə Prussiya arasında imzalanmış Bazel sülhünə görə Reyn çayının sol sahilində yerləşən alman torpaqları Fransaya verildi. 1795-ci ilin iyulunda Fransa İspaniya ilə sülh müqaviləsi imzaladı, Hollandiya respublikası Fransadan asılı oldu. 1795-ci ilin oktyabrında Belçika yenidən Fransaya birləşdirildi.

1795-ci ilin avqustunda Konvent Fransanın yeni konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə ölkənin Qanunverici Korpusu 500-lər Şurasından və Ağsaqqallar Şurasından ibarət idi. Ağsaqqallar Şurasının 250 üzvü 40 yaşdan yuxarı olmalı idi. Seçkilər ikimərhələli olub yaş və əmlak senzinə əsaslanırdı. Ölkədə seçicilərin sayı cəmi 30 min nəfər idi. Ali icra orqanı Qanunverici Korpus tərəfindən seçilən 5 nəfərdən ibarət Direktoriya idi.

1795-ci ilin oktyabrın 25-də Konvent öz fəaliyyətini dayandırdı, ölkəni yeni hakimiyyət orqanları idarə etməyə başladı. Qanunverici Korpus üzvlərinin 60%-i termidorçu burjuaziyanı təmsil edirdi. Direktoriyanın fəal üzvlərindən biri 9 termidor çevrilişini təşkil etmiş Barras idi. Direktoriya dövründə müxtəlif maliyyə əməliyyatları nəticəsində burjuaziyanın sərvəti daha da artdı.

1796-1797-ci illərdə  Fransada pul islahatı keçirildi, dəyərdən düşmüş kağız pullar əvəzinə dövriyyəyə metal pullar buraxıldı. Əhalinin maddi vəziyyəti pisləşdi, onların inqilabın yekunlarından narazılığı artdı. Bu şəraitdə ölkədə “Bərabərlik naminə qəsd” adlı hərəkat başlandı. Hərəkata başçılıq edən Baböf “Xalq tribunu” adlı qəzetin redaktoru idi. O xalqın iqtisadi vəziyyətinin yaxşılaşması tərəfdarı olub radikal sosial ideyaların, o cümlədən kommunizm ideyalarının fəal təbliğatçısı idi. Q.Baböfün dünyagörüşünün formalaşmasına Yakobin diktaturası böyük təsir göstərmişdi. “Bərabərlik naminə qəsd” hərəkatının məqsədi inqilab yolu ilə ölkədə kommunizm cəmiyyəti yaratmaq idi. “Kamil bərabərlik” cəmiyyətinin əsasını təşkil edən milli icmada xüsusi mülkiyyət olmamalı, bütün vətəndaşlar ictimai faydalı əməklə məşğul olmalı idi. İstehsal olunmuş məhsullar ümumi anbarlara yığılıb ciddi bərabərlik əsasında bölünməli idi. Ölkəyə lazım olan məhsulların miqdarını dövlət müəyyən etməli, işin növü və ixtisaslar üzrə işçi qüvvəsini bölməli idi. “Kamil bərabərlik” cəmiyyətinə keçid dövründə ölkədə zəhmətkeşlərin inqilabi diktaturası yaradılmalı idi. Fransada hələ sənaye çevrilişi başlanmamışdı, ona görə bərabərçilər kommunizmi aqrar və sənətkarlıq cəmiyyəti kimi təsəvvür edirdilər.

1796-cı ilin yazında Q.Baböfün tərəfdarları üsyana hazırlaşmaq üçün gizli İctimai Nicat Direktoriyası adlı təşkilat yaratdılar. Təşkilatın üzvləri fəhlələr və əsgərlər arasında iş aparırdı və xüsusi Hərbi komitə yaratmışdı. 1796-cı ilin mayında hərəkatın rəhbərləri həbs edildi. 1797-ci ilin mayında hərəkata rəhbərlik edən Baböf və Dante edam edildi.

Direktoriya rejiminin ilk illəri Fransanın koalisiyaya qarşı uğurları ilə səciyyəvi idi. Fransa ticarət və müstəmləkə sahəsində İngiltərənin rəqabətini zəiflətməyə və yeni ərazilər işğal etməyə çalışırdı. 1796-cı ilin aprelində Fransa hökuməti N.Bonapartın başçılığı altında Şimali İtaliyaya qoşun göndərdi. Fransa qoşunları əvvəlcə Pyemont ordusunu, mayın 10-da Avstriya ordusunu məğlub etdi və mayın 15-də Milana daxil oldu.

1796-cı ilin noyabrında Arkol döyüşündə, 1797-ci ilin yanvarında Rivoli döyüşündə Avstriya qoşunlarını məğlub edən Fransa ordusu Avstriya ərazisinə daxil oldu. 1797-ci ilin oktyabrın 17-də Kampo-Formio yaxınlığında Avstriya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Avstriya Belçikanın və Reynin sol sahilinin Fransa tərəfindən işğalını tanıdı. Venetsiya respublikası Avstriya ilə Fransa arasında bölündü: Venetsiya, İstriya və Dalmatsiya Avstriyaya, İonik adaları Fransaya verildi. Şimali və Mərkəzi İtaliyada Fransadan asılı respublikalar yaradıldı. Fransa generallarının İtaliya ərazisində topladığı təzminatın bir hissəsi Parisə göndərildi. İtaliya muzeylərində olan qiymətli əşyalar Fransaya aparılırdı. İsveçrədə Fransadan asılı respublika yaradıldı, Cenevrə şəhəri Fransaya birləşdirildi.

Kampo-Formio sülhünün imzalanması ilə Fransaya qarşı yaradılmış birinci koalisiya dağıldı. Yalnız İngiltərə dənizdə müharibəni davam etdirirdi. Direktoriya Britaniya adalarına desant çıxartmaq haqqında hərbiçilərin təklifini qəbul etmədi.

1798-ci ilin mayında Fransa hökuməti Osmanlı imperiyasının müstəmləkəsi olan Misirə 38 min əsgər və zabit göndərdi. Misir Hindistana aparan yolun üzərində əlverişli mövqedə yerləşirdi. Fransanın məqsədi Yaxın Şərqdə İngiltərənin mövqeyini zəiflətmək idi. N.Bonapartın başçılıq etdiyi Fransa qoşunları Qahirə yaxınlığında Misir paşasının qoşunlarını məğlub edib Suriyaya doğru hərəkət etdi. Suriyada məğlub olan Napoleon əsgərlərinin 1/3-ni itirdi. Admiral Nelsonun başçılıq etdiyi İngiltərə eskadrası Misirin Abukir limanında dayanmış Fransa gəmilərini batırdı.

1798-ci ildə Fransaya qarşı İngiltərə, Rusiya, Avstriya, İsveç, Türkiyə və Neopolitanın iştirakı ilə ikinci koalisiya yaradıldı. 1799-cu ilin yayında A.Suvorovun başçılığı altında Rusiya və Avstriya qoşunları Şimali İtaliyada Fransa ordusunu məğlub etdi. Admiral F.Uşakovun başçılıq etdiyi Rusiya eskadrası İonik adalarını Fransa işğalından azad etdi. 1799-cu ilin payızında Rusiya öz qoşunlarını İtaliya ərazisindən çıxartdı. Fransa yenidən Şimali İtaliyanı işğal etdi. Müharibə Fransada daxili siyasi vəziyyətə böyük təsir göstərdi.

Direktoriya dövrü Fransada iqtisadi və siyasi vəziyyətin qeyri-sabitliyi ilə fərqlənirdi. İstehsal edilən sənaye məhsulunun həcmi 1789-cu il səviyyəsinin 60%-nə bərabər idi. Xarici ticarətin həcmi 50% azalmışdı. İqtisadi vəziyyətin pisləşməsi aparılan müharibələr, İngiltərənin dənizdən Fransanı mühasirəyə alması, dəniz ticarətinin zəifləməsi və ağır maliyyə böhranı ilə bağlı idi.

Xalqın narazılığının artması burjuaziyanı narahat edirdi. Hökumət yakobinçilərə, royalistlərə və respublikaçılara qarşı mübarizə aparırdı. 1797-ci ildə Qanunverici Korpusda monarxiya tərəfdarlarının sayı artdı. İnqilab dövründə Fransada zadəganlara və ruhanilərə qarşı qəbul edildmiş qanunlar ləğv olundu, respublika klubları  bağlandı.

1797-ci ilin sentyabrın 4-də Direktoriya İngiltərə və mühacirlər tərəfindən hazırlanmış qəsdin qarşısını almaq məqsədilə çevriliş etdi. Qanunverici Korpusda royalistləri təmsil edən 177 deputatın səlahiyyətləri ləğv edildi, mühacirətdən qayıdan zadəganlara və ruhanilərə qarşı cəza tədbirləri gücləndirildi. 1798-ci ilin yazında Qanunverici Korpusa seçkidə respublikaçı demokratlar üstünlük qazandı. Bu hadisədən narahat olan Direktoriya  “yakobin qəsdinin” qarşısını almaq adı ilə 106 sol deputatın mandatını ləğv etdi.