Qələndərli Bəxşi Həsən oğlu () – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi.

Həyatı thumb|Bəxşi Qələndərli (ayaq üstə soldan 2-ci) C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci il|leftBaxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür. 1934–1951-ci illər ərzində burada çalışan rejissor 1939-cu ildə Ermənistan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

Baxşı Qələndərli 14 sentyabr 1985-ci ildə, 82 yaşında vəfat etmiş və İrəvan şəhərində dəfn olunmuşdur.

Fəaliyyəti 1944-cü ildə İrəvanda Vilyam Şekspirin 380 illiyinə həsr edilən VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalında onun hazırladığı "Otello" tamaşası birinci yerə layiq görülür. Münsiflər heyətinin üzvü, professor Mixail Morozov pyesin Azərbaycan dilində mətninin üzərində bu sözləri yazıb: "Mən Şekspir festivalında əsl ləzzəti azərbaycanlıların "Otello" tamaşasından aldım". Naxçıvan teatrının keçmiş aktyoru, Əməkdar artist Yusif Allahverdiyev Baxşı Qələndərlinin bu barədə söhbətini belə xatırlayır:

1964–1982-ci illərdə fasilələrlə Naxçıvan Dövlət Musiqili Dram Teatrının quruluşçu rejissoru, baş rejissoru və baş inzibatçısı vəzifələrində çalışmışdır.

1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına rejissor dəvət edildikdən sonra qısa müddət ərzində kollektivə uyğunlaşır. O, burada maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gəlmişdir: "Mösyö Jordan və dərviş Məstəli şah" (M. F. Axundzadə), "Od gəlini" (C. Cabbarlı), "Canlı heykəl" və "Mən onu axtarıram" (Süleyman Rəşidi), "Mehmanxana sahibəsi" (K. Qoldoni), "Cehizsiz qız" (A. Ostrovski), "Dördüncü" (K. Simonov), "Səadət nəğməsi" (Ə. Yusifli), "Qəmli günlər" (N. Əliyev) və s. tamaşalar onun yaradıcı təxəyyülünün səhnə məhsuluna çevrilmişdir. Onun şair-dramaturq Kəmalənin "Məhsəti" pyesi əsasında hazırladığı eyniadlı tamaşa Məhsəti Gəncəviyə həsr edilən ilk səhnə əsəri kimi qiymətləndirilir. Görkəmli teatrşünas Cəfər Cəfərov bu tamaşa haqda mətbuatda dərc etdirdiyi resenziyasında yazır: thumb|Quruluşçu rejissor B.Qələndərli - "Mən onu axtarıram" (Süleyman Rəşidi) 1978-ci ildə Süleyman Rəşidinin (Əliyev) “Canlı heykəl” pyesi əsasında hazırlandı. Onun da quruluşçu rejissoru B.Qələndərli idi. Quruluşçu rəssam M.Qasımov, musiqi tərtibçisi M.Ələkbərov olmuşdur. Mart ayının 15-də premyerası olan tamaşada əsas rollarda Z.Həmzəyeva (Anna İvanovna), N.Həmzəyev (Mahir), S.Hüseynova (Validə), S.Mirzəyeva (Valya) çıxış edirdilər. “Şərq qapısı” qəzetində C.Vəzirov və A.Haqverdiyevin müəllifləri olduqları resenziyada “Canlı heykəl” tamaşasında aktyor ifasının maraqla baxılması, səmimi, təsiredici olması xüsusi vurğulanmışdı

Baxşı Qələndərlinin C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çəkdiyi zəhmət yüksək qiymətləndirilir. 1974-cü ildə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilir.

Mükafatları "Şərəf Nişanı" ordeni (iki dəfə) Ermənistan SSR əməkdar incəsənət xadimi (1939) Azərbaycan SSR əməkdar artisti (1974)

İstinadlar

Mənbə

Həmçinin bax İrəvan Dövlət Azərbaycan Dram Teatrı

Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Ermənistan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Xankəndidə doğulanlar Kateqoriya:İrəvanda dəfn olunanlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları