Abdulla Abdullayev () — 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş hərbçi.
Həyatı Abdullayev Abdulla Qədir oğlu 1964-cü il oktyabrın 25-də Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Alpı kənd orta məktəbində almışdır. 3 aprel 1983-cü ildən 25 mart 1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur.
25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. Ölümündən sonra 16 avqust 1985-ci ildə və 20 dekabr 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əfqanıstan Respublikasında Beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi hərbi rəşadətə və igidliyə görə" döyüşçü Abdullayev Abdulla Qədir oğlu 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Həmçinin bax Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar
İstinadlar
Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Ucar rayonunda doğulanlar Kateqoriya:Əfqanıstanda vəfat edənlər Kateqoriya:Əfqanıstan müharibəsində (1979–1989) həlak olanlar