Məzmun Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur.
Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Məmmədsadıq Allahverdiyev (Məmmədsaleh Allahverdiyev kimi), Y.Sadovski Rejissor: Şua Şeyxov Operator: Əsgər İsmayılov Rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Vasif Adıgözəlov Səs operatoru: Əziz Şeyxov Montaj edən: A.Filimonova Filmin direktoru: V.Dudiyev
Rollarda Lütfəli Abdullayev —Əliş Kefçilov Barat Şəkinskaya — Tükəzban Bəşir Səfəroğlu — Cəmil Məleykə Ağazadə (Məleykə Şahmərdanova kimi) — Fəridə Kamil Qubuşov — Mürşüd Əminə Nağıyeva — Balaca xanım Əlihüseyn Qafarlı Bahadur Əliyev — milis işçisi F.Məmmədov M.Abdullayev Osman Həqqi — qatardakı sərnişin İ.Hüseynov Sədaqət Zülfüqarova — qatardakı sərnişin (titrlərdə yoxdur)
Filmi səsləndirənlər Əli Zeynalov — mətni oxuyan (titrlərdə yoxdur) Yusif Vəliyev — milis rəisi (titrlərdə yoxdur)
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1960-cı ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər