Xacə Abdullah ibn Əbu Mənsur Məhəmməd Ənsari (; ) — Məşhur təsəvvuf alimi.
Həyatı Məşhur təsəvvuf xadimi Xacə Abdullah Ənsari 1006-cı ildə Heratın Kuhəndiz qalasında doğulmuşdur. O, Məhəmməd Peyğəmbərin şərəfli səhabəsi Əbu Əyyub Ənsarinin nəslindən idi. Xacə Abdullah Ənsari şəriət elmlərini də mükəmməl bilirdi; buna görə ona Şeyxülislam ləqəbi verilmişdi. Ənsarinin rəvan üsubda qələmə aldığı irfani əsərləri, saf ilahi eşqlə dolu olan münacatları məşhurdur. Ən tanınmış kitabları "Mənazilus-sairin" və Qurani-Kərim təfsiridir.
Təsəvvüf düşüncəsindəki tərbiyənin işləndiyi, dərinləşdiyi və xalqa təqdim edildiyi təkyəyə, zaviyə, xanəgah və dərgah kimi adlar da verilmişdir. İlk təkyənin Rəmlədə (Hicri IV əsrdə) Xacə Abdullah Ənsari tərəfindən yaradılmasından qısa bir müddət keçmiş hər tərəfdə yayılan və daha sonra qurulan Müsəlman dövlətlərin quruluş fəaliyyətlərində olan təkyələr, Türklərin Anadoluya daxil olub oraya yerləşməsində də böyük rol oynadılar.M. Ağdağ, "Türkiyənin İqtisadi və İ. Tarixi" İstanbul-1974. I, 38.
thumb|Xacə Abdullah Ənsarinin Heratdakı türbəsi
Soyu və Firəngi Mahal məktəbi Əbu İsmayıl Xacə Abdullah Ənsari ibn Əbu Mənsur Bəlxi bin Cəfər bin Əbu Mü'əz bin Məhəmməd bin Əhməd bin Cəfər bin Əbu Mənsur əl-Təəbi'i bin Əbu Əyyub əl-Ənsari.
Xacə Abdullah əl-Ənsarinin törəmələrindən bəziləri Hindistana köçmüş və İslam düşüncəsi, maarif və sufizmin orada yayılmasını təmin etmişlər. Soyundan gələn ən ünlü şəxsiyyətlərdən biri "Qutb-ül Aləm" ləqəbiylə tanınan Şeyx Xacə Əlaəddin Ənsaridir. Məhdum Nizamüddin Ənsari və Qütb Şahid Molla Qütbüddin Ənsari bunlardan bir başqalarıdır.
Molla Qütbüddin Ənsarinin soyundan gələn Şahid ünlü Firəngi Mahal məktəbini qurmuşdur.
Farsca kitabları Munajat Namah () Nasayeh () Zad-ul Arefeen () Kanz-ul Salikeen () Haft Hesar () Elahi Namah () Muhabbat Namah () Qalandar Namah () Resala-é Del o Jan () Resala-é Waredat () Sad Maidan () Resala Manaqib Imam Ahmad bin Hanbal
Ərəbcə kitabları Anwar al-Tahqeeq Zem al-Kalam Manāzel al-Sā'erīn Kitaab al-Frooq Kitaab al-Arba'een
Türkcəyə tərcümə edilmiş kitabları Tasavvufta Yüz Basamak, Çeviren Abdurrezzak Tek, Emin Yayınları, Bursa, 2008
Avropa dillərində A. G. Ravân Farhâdi, Abdullah Ansari of Herat-An Early Sufi Master, Curzon Press, 1996 Jogendra Sing, The Invocations of Shaikh Abdullâh Ansârî, London, 1939 L.Morris ve R. Sarfeh, Munâjât: The Intimate Prayers of Khwâjah Abd Allah Ansârî, New York, 1975 Wheeler M. Thackston, Kwâja Abdullah Ansârî: Intimate Conversations, New York, 1978 Kwadja Abdullah Ansârî Mystique Hanbalite, Beyrut 1965 Hundred fields between man and God (Sad Meydan), çev. Münir Ahmed, Lahor, 1983 Chemin de Dieu, Paris, 1988
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təsəvvüf Kateqoriya:Ənsarilər Kateqoriya:XI əsr alimləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar