Məzmun Çəkiliş baxımından eksperimental xarakter daşıyan bu filmdə həm elmi-kütləvi, həm də kinooçerk janrlarından elementlər vardır. Filmdə Azərbaycan xalqının həyatının müxtəlif dövrlərinə aid olan Qobustan qayaüstü təsvirlərinin tarixi tədqiqinə xüsusi diqqət yetirilmişdir.

Filmdə Qobustanla bərabər Bakının müxtəlif güşələrini-memarlıq abidələrini, neft mədənlərini, Bakı limanını, neftçıxarma qurğularını, mehmanxananın inşasını, rəssam Toğrul Nərimanbəyovun emalatxanasını əks etdirən səhnələrə də yer ayrılmışdır.

Festivallar və mükafatlar 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Ən yaxşı operator işinə görə operator Zaur Məhərrəmova Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Oqtay Mirqasımov Ssenari müəllifi: Anar Rzayev, Oqtay Mirqasımov Operator: Zaur Məhərrəmov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Şamil Kərimov

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Kateqoriya:1967-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər