Sədrəddin Ayni (; əsl adı Sədrəddin Səid-Murodzoda; 1878—1954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950).

Haqqında Sədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir.

İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır. 1948-ci ildən ömrünün sonunadək 4 cildlik “Xatirələr” avtobioqrafik əsəri üzərində işləmişdir. Orta Asiya xalqlarının tarix və ədəbiyyatına dair elmi oçerk və monaqrafiyalar yazmışdır.

Əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. 1951-ci ildə Tacikistan SSR EA-nın ilk prezidenti seçilmişdir. Tacikistan SSR-in “Əməkdar elm xadimi” fəxri adını almış, Özbəkistan SSR EA-nın fəxri üzvü seçilmişdir. Üç dəfə “Lenin” və iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilmişdir. 1951-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. 1954-cü il iyul ayının 15-də Düşənbə şəhərində vəfat etmişdir.Ayni, Eyni (Sədrəddin Səidmuradzadə) //Azərbaycan sovet ensiklopediyası:10 cilddə.- Bakı, 1976.- C.II.- S.196.

İstinadlar

Kateqoriya:Tacikistan yazıçıları Kateqoriya:Özbəkistan yazıçıları Kateqoriya:Özbək yazıçılar Kateqoriya:Buxarada doğulanlar Kateqoriya:Düşənbədə vəfat edənlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Kişi şairlər Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:Tacikistan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Fars dilində yazan şairlər Kateqoriya:Tacik şairlər Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)