Firudin Həmzə oğlu Hüseynov () — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965).

Həyatı Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir.

Elmi fəaliyyəti Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir.

Əmək fəaliyyəti Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb.

Ölümü Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir.

Təltifləri Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan energetikləri Kateqoriya:Texnika elmləri doktorları