Xoşqədəm Hidayətqızı (Xoşqədəm Hidayət qızı Baxşəliyeva; ) — Azərbaycan jurnalisti, "Üç nöqtə" qəzetinin baş redaktoru idi, "ARB" kanalında isə əvvəllər aparıcı olmuşdur. Lakin verlişi hazırda fəaliyyət göstərmir.
Həyatı Xoşqədəm Hidayət qızı Baxşəliyeva 1974-cü ildə Ağdərə rayonunun Narınclar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: "İlin jurnalisti", "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından biri olub. 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. "Azad Azərbaycan" telekanalında "Dərdini mənə danış" verilişinin aparıcısı olub, 2012-ci ildən 2015-ci ilə qədər həmin telekanalda populyar "Səni axtarıram" verilişinin aparıcısı olub. 2015–2016-cı illərdə "ANS tv" bağlanana qədər orada çalışıb. 2016-cı ildə Xəzər TV-ə gəlib və 2021-ci ilə qədər "Bizə danış" "Səni axtarıram" layihəsinin aparıcısıdır.
2021-ci ildən etibarən "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısıdır.
2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Konqresinin Köln şəhərində keçirilinən yığıncağında qurumun fəxri üzvü seçilib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 7 noyabr 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.
Beynəlxalq Elm və Texnologiya Universiteti ("International Science & Technology University") tərəfindən fəxri doktor adına layiq görülüb.
Ailəsi 1999-cu ildə Zaur adlı övladı dünyaya gəlib. Lakin Zaur adlı oğlu Xoşqədəm Hidayətqızı ilə artığ danışmır. O bildiribki ona həmişə nənəsi baxıb. 2014-cü ildə türk müğənnisi Doğuş ilə evlənmişdir. 6 may 2016-cı ildə onların əkiz övladları — oğlanları dünyaya gəlib. Əkizlərdən biri türk futbolçu Arda Turanın şərəfinə Arda adlandırılıb. Digərinin adı isə Arındır. Cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternational Hospital" xəstəxanasında dünyaya gəlib.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Kəlbəcərdə doğulanlar Kateqoriya:Azad Azərbaycan TV-nin jurnalistləri Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Xəzər TV-nin jurnalistləri Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları