Librevil () — Qabonun paytaxtı (1960-dan) və ən böyük şəhəri. Şəhər Qvineya körfəzinın sahilində, Komo çayı üzərində yerləşir. Əhalisi 2005-ci ilin hesablamalarına görə 578 min nəfərdir.
Tarixi 1839-cu ildə fransızların bura gəlməsindən çox əvvəl bu ərazidə mponqve qəbiləsi məskunlaşmışdı. 1846-cı ildə satış məqsədilə qul daşıyan Braziliyaya aid "L'Elizia" gəmisi Loanqo yaxınlığında fransız donanması tərəfindən ələ keçirildi. Qullar azad edildilər və 1848-ci ildə həmin qullar tərəfindən adı fransız dilindən tərcümədə "azad şəhər" mənasını verən Librevilin əsası qoyuldu. 1934-1946-cı illərdə şəhər Fransız Ekvatorial Qvineyasında əsas liman şəhəri rolunu oynayırdı və 1940-cı ildə İkinci dünya müharibəsi dövründə Şarl de Qollun tabeliyindəki Fransa Müqavimət Hərəkatının Vişi hökumətinə tabe qüvvələrə qarşı həyata keçirdiyi "Qabon əməliyyatı"nın əsas məqsədi bu şəhər üzərində hakimiyyəti ələ keçirmək idi.
İstinadlar
Kateqoriya:Qabon şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları Kateqoriya:1849-cu ildə yarananlar Kateqoriya:Librevil