Məhəmmədəli bəy Məcruh (1823-?)—XIX əsr Azərbaycan şairi.
Həyatı Məhəmmədəli bəy Məcruh 1823-cü ildə Muğanda doğulmuşdur.
Ərdəbildə mədrəsə təhsili aldıqdan sonra Muğana qayıdıb, yaradıcılıqla məşğul olmuşdur.
Mirzə İsmayıl Qasirlə yazışırdı.
Yaradıcılığı Canu ildən olmuşam mən vallahu heyran sənə. Var bir can, fürsətim yox eylərim qurban sənə. Bunca qəflət eyləmə, tut hali zarından xəbər. Bildi aləm sirrimi, olmaq nədir pünhan sənə.
İstinadlar
Həmçinin bax Azərbaycan ədəbiyyatı
Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri