Məndə sığar iki cahan… — 1973-cü ildə çəkilmiş qısametrajlı sənədli film.
Məzmun Film dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Bakıda və Moskvada keçirilən yubiley tədbirləri, Nəsiminin tədqiqatçıları ilə müsahibələr filmdə öz əksini tapmışdır. Eyni ildə çəkilən "Nəsimi" bədii filmindən fərqli qısametrajlı sənədli film olaraq çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Xamis Muradov Ssenari müəllifi: Əhmədağa Muğanlı, Xamis Muradov Operator: Vladimir Konyagin, Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
İstinadlar
Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:İmadəddin Nəsimi haqqında filmlər