Rokki 4 () — 1985-ci ildə istehsal olunmuş ABŞ filmi.
Məzmun
1985-ci ildə Rokki Apollo ilə yoldaşlıq görüşündən sonra Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən evinə qayıdır. Rokki qürurla ağır çəki boks çempionluğunu qoruyur. Lakin bu müddətdə ABŞ-yə, məşhur boksçulara meydan oxuyan 2 metr boyunda, 118 kiloqram çəkidə olan SSRİ boksçusu İvan Draqo gəlir. Onun həyat yoldaşı Lyudmila, meneceri Nikolay Koloff, məşqçisi isə Sergey Rimskidir. Rokkinin dostu Apollo Krid itirdiyi əvvəlki titulunu geri qaytarmaq üçün onunla rinqdə qarşılaşmağa hazırlaşır. Rokki onu fikrindən dönməyə çalışsa da, buna nail ola bilmir. Rəqiblər arasında baş verən döyüş Nevada ştatının Las-Veqas şəhərində yerləşən "Bally's Las Vegas" adlı əyləncəli oyun mehmanxanasının zalında keçirilir. Apollo Krid İvan Draqo ilə rinqdə qarşılaşmamışdan əvvəl səhnədə ABŞ-nin məşhur ifaçısı Ceyms Braun "Amerikada yaşayış" () mahnısını ifa edir. Nəhayət, onlar arasında mübarizə başlayır. İlk raundda Apollo Krid möhkəm zədələr alır. İkinci raundda isə İvan Draqo ona möhkəm zərbə endirir və Apollo Krid huşsuz vəziyyətdə yerə yıxılır. Jurnalistlər İvan Draqodan müsahibə alanda deyir: "Əgər ölsə... belə öləcək." ()
Apollonun ölümündən sonra Rokki, onun qisasını almağa və Sovet rəqibini məğlub etməyə qərar verir. Rokkininn əməkdaşıarı Moskvada olacaq və bütün dünya televiziyalarından yayımlanacaq bir matç üçün Sovetlər Birliyidir. Rokki bu çətin matça Sibrdə hazırlayacaq Apollonun müəllimi Toni "Dyuk" Everi və Polidir. Rokki Sibirdə məşq etməyə başlayır. Rokki məşq edən zaman İvan Draqo da ondan geri qalmayaraq xüsusi laboratoriyada təlim alır. Rokki fiziki gücünə məşq etsə də, İvan Draqo məşqlər zamanı gücləndirici vasitələrdən istifadə edir. Bu müddətdə isə Rokkiyə dəstək olmaq üçün Edrian gəlir və bu da Rokkinin daha ruhlandırır. Bir müddət keçdikdən sonra Rokki və İvan Draqo rinqdə qarşılaşırlar. Bu turnir Moskva şəhəri yaxınlığında Sovet Bürosunda keçirilir. Turnirin əvvəlində Sovet himni səslənir və ardınca onlar arasında mübarizə başlayır. 15 raundun hər biri keçir. İlk raundda İvan Draqo asanlıqla müvəffəqiyyət əldə etsə də, ikinci raundun sonuna yaxın sovet tamaşaçıları Rokkinin şücaətini görür, bundan heyrətlənirlər. Yarışma davam etdikcə, bəzi tamaşaçılar onu alqışlamağa başlayırlar. Nəhayət, çətin keçən döyüşdə Rokki qalib gəlir. Rokki jurnalistlərə müsahibəsinin sonunda ailəsini qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edir.
Rollarda Aktyor/aktrisa Rol QeydlərSilvestr Stallone Rokki Balboa Filmin baş qəhrəmanıDolf Lundqren İvan Draqo Rusiyalı boksçuBrigitta Nilsen Lyudmila Draqo İvan Draqonun həyat yoldaşı Taliya Şayr Edrian Balboa Rokkinin həyat yoldaşı (ilk tam adı: Edrian Pennino)Karl Uezers Apollo Krid Rokkinin dostuBört Yanq Poli Pennino Edrianın qardaşı Toni Börton Toni "Dyuk" Evers Apollonun treyneri, ardınca Rokkinin treyneriCeyms Braun Ceyms Braun Apollonun şousunda zənci ifaçı Devid LLoyd Ostin Mixail Qorbaçov SSRİ-nın prezidenti
Maraqlı faktlar Filmdə Dolf Lundqrenin həyat yoldaşı rolunda oynayan Brigitta Nilsen bu filmdə sonra Arnold Şvartseneggerdən ayrılmış, Silvestr Stallone ilə 13 dekabr 1985-ci ildə ailə həyatı qurmuş və 13 iyul 1987-ci ildə boşanmışdır.
İstinadlar
Xarici keçidlər Rokki seriyalarının rəsmi saytı
Dolph Lundqrenin müsahibəsi
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Qızıl Moruq Mükafatı qazanan filmlər Kateqoriya:Pensilvaniya haqqında filmlər Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin milad filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:1980-ci illər haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:Filadelfiya haqqında filmlər Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:1985-ci il haqqında filmlər Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Dramlar Kateqoriya:İngilis dilində Milad filmləri